“New York Times”: Zərrab məhkəmədə ona ünvanlanan ittihamları qəbul edəcək

0
499

 

İş adamı Rza Zərrab noyabrın 27-də Nyu-Yorkda başlaması planlaşdırılan məhkəmə prosesində ona ünvanlanan ittihamları qəbul edəcək.

“Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu iddianı “New York Times” qəzeti irəli sürüb. Qəzetin məlumatına əsasən, İrana tətbiq edilən sanksiyaları ABŞ maliyyə sistemini yanıldaraq qanunsuz yollarla pozmaqda ittiham edilən R. Zərrabın vəkilləri iş adamının müdafiəsi üçün lazımi sənədləri məhkəməyə təqdim etməyib. Məhkəmə davasının digər məhbus müqəssiri olan “Halkbank”ın baş direktorunun müavini Mehmet Hakan Atillanın məhkəməyə verdiyi sənədlərdə “Rza Zərrab sentyabr ayından bəri davada heç bir hadisəyə qarışmayıb” dediyi bildirilir. Keçmiş federal prokuror Daniyel C. Riçman qeyd edib ki, R. Zərrabın vəkili müvəkkilinin müdafiəsini formalaşdırmaq üçün qarşısına çıxan bu şanslardan yan keçməcəyəcək.

BIR CAVAB BURAXIN