Nevzorov: “Rus adlı bir millət heç vaxt olmayıb”

0
570

Heç vaxt rus milləti deyilən bir millət olmayıb.

Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı publisist Aleksandr Nevzorov söyləyib. Onun sözlərinə görə, rus milləti anlayışını Rusiya tarixinin heç bir dövrünə tətbiq etmək mümkün deyil:

 

“Heç bir rus milləti mövcud deyil. Bunu mən hansısa rusofob olduğuma görə demirəm, rusofob da deyiləm. Mənim üçün milli məsələ sadəcə mövcud deyil. Mən millətlərə bölünməkdən daha axmaq bir şey tanımıram. Bütün sərhədlər, vətənpərvərlik insanlığın ən böyük bəlalarından biridir. XVI əsrin ortalarına qədər heç bir rus xalqı ola bilməzdi. Rus, sadəcə, Qızıl Ordanın struktur bölməsi idi və onun hökmranlığından yalnız Orda özünün iqtisadi əhəmiyyət kəsb etməməsi və mövcudiyyətinə ehtiyac olmaması ilə əlaqədar yaranan parçalanma zamanı qurtuldu. Bundan sonra Pyotr hakimiyyətə gəldi. Onun dövründə Rusiya başqa dövlət oldu. XIX əsrin ikinci yarısına qədər rus xalqı adlandırılan əhalinin 60-70%-i 20-30%-lik kəsimin nəzarətində idi. Onlar tamamilə qul kimi saxlanılır və istənilən an öldürülə, alına, ailəsindən qoparıla, satıla bilərdilər. Üzr istəyirəm, amma vahid xalq dediyiniz budurmu? Xalq qullardan formalaşa bilməz. Xalq adı altında biz gərək öz fəaliyyətində azad olanları birləşdirək. Bunlar isə Rusiyada çox azdır. Bu xalq uzun illər öz dilini unudub, hətta Lev Tolstoyun romanının qəhrəmanları belə özlərini fransızca ifadə edirdilər”.

BIR CAVAB BURAXIN