Netanyahunu oğlu ələ veribmiş: Fahişə söhbəti – Səs yazısı

0
663

İsrail Baş naziri Benmayim Netanyahu ətrafında korrupsiya ittihamları səngimək bilmir. Belə bir anda Nentanyahunun oğlu Yairin səs yazısının yayılması olayı pik nöqtəyə çatdırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səs yazısında Yair Netanyahu ölkənin təbii qaz oliqarxı Kobi Maimonun oğlu ilə striptiz-klubda danışması əks olunub.

Netanyahunun oğlu fahişə üçün ödəyəcəyi pul ilə bağlı Maimonun oğluna bu sözləri deyib:

“Mənim atam sənin atanla 20 milyard dollarlıq saziş imzalayıb. Sən isə mənimlə 150 dolların davasını edirsən”.

Danışıqlar 2015-ci ildə aparılıb. Həmin dövrdə İsraildə yeni təbii qaz yataqları ilə bağlı bəzi mübahisələr gedirdi. Netanyahunun korrupsiya ittihamı məsələsini daha da qızışdırmaq üçün yazının bu gün yayımlandığı iddia edilir.

Netanyahunun vəkili nə qədər çalışsa da, səs yazısının dövlət televiziyasında yayılmasının qarşısını ala bilməyib.

Səs yazısının yayımlanmasından sonra Yair Netanyahu açıqlama verib. O bildirib ki, yayımlanan audio materialdakı səs ona aid deyil.

BIR CAVAB BURAXIN