Neftin qiyməti 65 dollara yüksələ bilər

0
336

 

 

 

 

 

 

 

 

Vyanada neft hasilatının azaldılmasına dair razılaşma əldə olunandan sonra dünyada neftin qiymətləri artaraq bir barrel üçün 65 dollara çata bilər. 
Teleqraf.com-un məlumatına görə, “Finam” şirkətlər qrupunun analitiki Boqdan Zvariç belə hesab edir.
Bununla belə, analitikin fikrincə, sonradan ABŞ-da şist nefti istehsalının bərpası nəticəsində qiymətlər bir barrel üçün 52,5-57,5 dollar səviyyəsində sabitləşə bilər.
Xatırladaq ki, Vyanada OPEC ölkələri ilə bu quruma daxil olmayan hasilatçı ölkələrin nümayəndələrinin görüşü keçirilib. OPEC üzvü olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azaltma yanvar ayından başlanacaq. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.
OPEC ölkələri isə noyabrın 30-da keçirilən iclasda öz gündəlik hasilatını 1,2 milyon barrel azaldaraq 32, 5 milyon barrelə çatdırmaq barədə razılıq əldə ediblər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − three =