Necati Şaşmazın “Kurtlar Vadisi Darbe” filminə tamaşaçılardan “darbe”… 

0
531

Uluslararası Antalya Film festivalı çərçivəsində Antalyada pulsuz göstərilən “Kurtlar Vadisi Darbe” filmi izləyicisiz qaldı.

Arazinfo Moderator.az-a istinadən  xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən 54-cü Antalya Film Festivalında xüsusi nümayişlər çərçivəsində “Kurtlar Vadisi Darbe” filmi tamaşaçılara təqdim olunub. Necati Şaşmazın rejissorluğu ilə çəkilən və 15 iyul çevrilişə cəhd təşəbbüsünə həsr edilən film ilgiyə səbəb olmayıb. Beləki filim göstərilən salon boş qalıb.
Daha sonra filmin pulsuz olaraq təqdim edildiyi duyurulsa da boş qalan yerləri doldurmağa adam tapılmayıb. Çarə olaraq festivaldakı görəvlilər filmə izləyici olaraq qatılıb. Filmin nümayişi zamanı Necati Şaşmaz da salonda olub. O, filmin ortasında məyus şəkildə salonu tərk edib.

BIR CAVAB BURAXIN