Nazirlik “səfirliyin qarşısında doğacam” deyən qadına cavab verdi

0
486
 

Səhiyyə Nazirliyi əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenkonun Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən sputnik.az-a verilən məlumatda qeyd olunur ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur: “Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, Nazirliyin qaynar xəttinə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır”.

Hazırda Azərbaycan mediası Yasmin Marinenkonu axtarır ki, ondan 700-800 dollar tələb edən klinikanın və həkimin adını dəqiqləşdirsin.

Qeyd edək ki, qadın ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı olmadığını deyib. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib

BIR CAVAB BURAXIN