Nazirin çıxışı hər kəsi güldürdü

0
549

Azərbaycan Milli Antidopinq Agentliyinin NADA kimi deyil, elə Azərbaycan dilində olmasını təklif edirəm. Yəni agentliyin adının dilimizdə olması daha yaxşı olar.

 

Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sevinc Fətəliyeva çıxış edib.

 

O bildirib ki, qanunun dili çox elmidir: “Qanunda elmi terminologiyadan çox geniş istifadə olunub. Bunun sadələşdirilməsini təklif edirəm”.

 

Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin adının nəyə görə Azərbaycan dilində olmamasını öz adı ilə bağlayıb:

 

“Düzdür, əvvəl təklif olunmuşdu ki, Azərbaycan Milli Antidopinq Agentliyinin qısa forması AZADA olsun. Amma mən özüm buna razılaşmadım”.

 

Nazir Azad Rəhimovun belə deməsindən sonra nazir özü və iclasdakı deputatlar, qonaqlar gülüblər.

BIR CAVAB BURAXIN