Nazim Xəlilov təşəkkürnamə ilə təltif olunub

0
1058

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-lərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Arazinfo.com-un verdiyi xəbərə görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri və başqaları iştirak ediblər. Bir qrup media nümayəndəsinə və AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirlərinə elmin təbliğindəki xidmətlərinə görə təşəkkürnamə və hədiyyələr təqdim olunub. Mükafat alanlar arasında Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov da var.