Nazarbayev xəstələnib

0
552

Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqlamadan müalicə olunur.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, prezidentin rəsmi saytı Nazarbayevin xəstələnməsi və müalicə olunması barədə ilk dəfədir ki, məlumat yayır.

Nazarbayev bundan bir gün əvvəl Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şövkət Mirziyaevlə telefonla danışıb və xarici səfirləri qəbul edib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Nazarbayev sentyabrın 13-də Ermənistana rəsmi səfərə getməlidir.

76 yaşlı Nazarbayev ölkəni 1989-cu ildən idarə edir.

BIR CAVAB BURAXIN