Nazarbayev mühüm səfəri təxirə saldı

0
399

Nazarbayev mühüm səfəri təxirə saldı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Özbəkistana təcili səfər etməyə hazırlaşır.

Reuters agentliyi xəbər verir ki, Nazarbayev bu səfər üçün G20-nin dövlət başçılarının Çində keçiriləcək sammitində iştirakdan imtina edəcək.

Məlumata görə, Nazarbayev Daşkəndə sentyabrın 3-də gedəcək. Agentlik bildirir ki, Qazaxıstan prezidentinin Daşkəndə təcili səfəri Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlıdır.

Xatırladaq ki, sentyabrın 2-də əvvəlcə Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında ölkə başçısının vəziyyətinin kəskin pisləşməsi barədə məlumat yerləşdirilib.

Bir az sonra isə Özbəkistan liderinin ölüm xəbəri yayılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 2 =