Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Aktobedə bir sıra obyektlərə hücum edən terrorçular xaricdən tapşırıqlar alıblar. Bu barədə ölkə başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
“Əldə olunan məlumatlara əsasən, terror aktı radikal dini cərəyanın üzvləri tərəfindən təşkil olunub, onlar tapşırıqları xaricdən alıblar”, – deyə Nazarbayev vurğulayıb.
Nazarbayev həmçinin bəyan edib ki, Qazaxıstanda “rəngli inqilab” təşkili cəhdlərinin əlamətləri yaşanıb.
Qazaxıstan prezidenti xüsusilə vurğulayıb ki, bu cür cəhdlərin qarşısı qətiyyətlə alınacaq.