NATO Ukraynanı məyus etdi

0
535

NATO hələlik Ukraynanı üzv qəbul etməyə hazır deyil. Çünki Ukrayna NATO-ya üzv qəbul olmaq üçün tələb olunan kriteriyaları tam şəkildə yerinə yetirməyib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Den” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, Ukrayna bu sahədə daha çevik və fəal addımlar atmalıdır. Volker ABŞ-ın alyansa üzvlük məsələsində Kiyevi dəstəklədiyini, ancaq NATO üzvləri arasında Ukraynanın bu quruma üzvlüyü məsələsində yekdil fikir olmadığını bildirib.

Konqres tərəfindən Ukraynaya göstəriləcək 250 milyon dollar həcmində hərbi yardıma gəlincə, ABŞ rəsmisi bu barədə qərarın 2019-cu ilin əvvəlində qəbul ediləcəyini  söyləyib. Volker hərbi yardımın ilk növbədə Ukrayna hərbi dəniz qüvvələri və hava hücumundan müdafiə gücləri üçün nəzərdə tutulduğunu da öz sözlərinə əlavə edib.