NATO Rusiyaya qarşı təlimlərə başladı: Türkiyə də qoşuldu

0
648

11

NATO Aralıq dənizinə gəmi göndərən Rusiyaya qarşı geniş hərbi-dəniz təlimlərinə başlayıb.

Axar.az xəbər verir ki, Avropa Birliyi (AB) və NATO-nun rəhbərliyi ilə həyata keçirilən “Operation Sea Guardian” (Opereyşn Si Qardian) adlı hərəkatda Türkiyə Hərbi Dəniz Qüvvələri də iştirak edir.

Məlumata görə, türklər freqat, döyüş gəmiləri, sahil təhlükəsizliyinə nəzarət edən təyyarələr, sualtı gəmilər, həmçinin helikopterlər vasitəsilə təlimlərin təhlükəsizliyini təmin edəcək.

Aksaz Hərbi Dəniz Limanı isə hərəkat zamanı logistik mərkəz olaraq istifadə ediləcək.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya təyyarədaşıyan Admiral Kuznetsov gəmisini Aralıq dənizinə göndərmişdi.

BIR CAVAB BURAXIN