NATO RUSİYA İLƏ NÜVƏ MÜHARİBƏSİNƏ RİSK EDİR! – İstefada olan generaldan xəbərdarlıq

0
736

NATO-nun istefada olan yüksək vəzifəli nümayəndələrindən biri bildirib ki, əgər Baltik ölkələrinin müdafiə qabiliyyəti artırılmazsa, onda bir il ərzində NATO-nun Rusiya ilə nüvə müharibəsinə başlama riski yüksələcək.

“The İndependent” qəzetinin yazdığına görə, 2011-2014-cü illərdə NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin baş qərargah rəisinin müavini olmuş general Ser Riçard Şirreff bəyan edib ki, NATO-nun üzvü olan Estoniya, Litva və Latviyaya qarşı ciddi hücum təhlükəsi mövcuddur və ona görə də, potensial fəlakətin önünü almaq üçün Qərb dərhal hərəkətə keçməlidir.

R.Şirreff “2017-ci ildə Rusiya ilə müharibə” (2017 “War With Russia”) kitabını yazıb və “BBC Radio 4” kanalının “Today” proqramına müsahibəsində bildirib ki, onun qələmə aldığı bu bədii əsərdə hər şey təxəyyül məhsulu olsa da, “tamamilə həqiqətə uyğundur” və kitabda yazılanlar real həyatda da baş verə bilər. General Şirreff deyib: “Qorxuducu odur ki, özünün bütün aspektlərdəki müdafiə qabiliyyətində Rusiya nüvə strategiyası və nüvə potensialından çıxış edir ki, bu isə nüvə müharibəsi deməkdir. Biz prezident Putinə önun sözlərinə görə yox, əməllərinə görə qiymət verməliyik. O, Gürcüstana soxuldu, Krımı işğal etdi, Ukraynanın şərqinə girdi. Göründüyü kimi, Putin güc tətbiq etdi və buna görə, ona heç bir şey olmadı. Belə bir gərginlik şəraitində onun Baltik ölkələrinə hücum edəcəyi tamamilə realdır”.

NATO-nun nizamnaməsinin 5-ci bəndinə müvafiq olaraq, alyansın üzv olkələri hücuma məruz qaldıqları təqdirdə NATO nun digər üzvlərinin müdafiəsinə qalxmalıdırlar. Şirreffin sözlərinə görə, ola bilər ki, Putin “öz hisslərinin” təsiri altında NATO–nun zəifliyini duyub, Baltik ölkələrinə müdaxilə etsin, çünki Rusiya prezidenti Krımdakı kimi, bu ölkələrdə yaşayan rusdilli azlığın hüquqlarının qorunması məqsədi ilə, özünün müdafiə aktından istifadəyə baş vuracaq.
Bilindiyi kimi, NATO artıq Baltik ölkələrinin müdafiəsini möhkəmləndirməyə başlayıb. Ancaq Şirreffin fikrinə görə, alyans daha böyük işlər görməlidir ki, istənilən təcavüzkar riskə getməyin mənasız olduğunu anlasın. Şirreff bildirib: ”Mən bəyan etmişəm ki, indiki anda görülən işlər kifayət edəcək qədər yüksək deyil”.

Öz kitabına yazdığı önsözündə general Şirreff Böyük Britaniyanın müdafiə xərclərinin bu yaxınlarda azaldılmasını kəskin tənqid edir. Şirref yazır: ”Nə vaxtsa əlində böyük dəyənək tutub, sakitcə gedən bir ölkədə (bu fikirlər ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltə məxsusdur) indiki hakimiyyət bərkdən qışqırır. Lakin müdafiəyə ayrılan vəsaitin azaldılmasına görə, onların əlindəki dəyənək getdikcə kiçilir və lazımsız hala gəlir”.

Azpolitika.info

BIR CAVAB BURAXIN