NATO dövlət və hökumət başçılarının sammiti Londonda keçiriləcək

0
535

NATO dövlət başçılarının növbəti sammiti bu ilin  dekabr ayında Londonda keçiriləcək

Arazinfo.com TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə NATO Baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, sammit NATO-nun qurulmasının 70 illiyinə həsr ediləcək: “Məmnunluq hissi ilə bildirirəm ki, Şimali Atlantika Alyansı üzvləri növbəti sammitin bu ilin dekabr ayında Londonda keçirilməsi barədə razılığa gəliblər. Biz NATO-nun 70 illiyinin qeyd edildiyi bir vaxtda Böyük Britaniyanın sammiti keçirməyə hazır olmasını bildirməsinə görə onlara təşəkkür edirik”.