Kainatda baş verən yeni hadisə “qara dəlik” haqqında alimlərin təsəvvürünü bir qədər də inkişaf etdirəcək.
Dsclose.tv saytı NASA-nın məlumatlarına istinadən, “qara dəliyin” dərinliyindən sirli nəsə çıxdığını yazıb. Və qeyd edilir ki, naməlum obyekt nəhəng enerjiyə malikdir.
Təbii, belə obyektin ölçüləri doğrudan da olduqca nəhəng olmalıdır, çünki dəfələrlə alimlər qeyd ediblər ki, “qara dəlik” hətta işıq sürəti ilə hərəkət edən səma bədənlərini də tutub saxlamağa qadirdir.
Telekanalın xəbərində həmçinin bildirilir ki, naməlum obyektin çıxdığı “qara dəlik” Yer kürəsindən 5 işıq ili məsafədədir. Eyni zamanda NASA, hadisəni gördüyünü böyük uğur hesab edir.
Ufoloqlar əlbəttə, hesab edirlər ki, sirli obyekt “qara dəlik”dən keçmə bacarığına malik, çox inkişaf etmiş yadplanetli irqin gəmisi ola bilər. “Əgər “qara dəlik”lər vasitəsilə səyahət etməyə bacarıqlıdılarsa, o zaman onlar fantastik texnologiyalara malikdirlər”, – telekanal məlumatı çatdırır. (publika.az)