NASA-dan Marsla bağlı fantastik təklif

0
371
This computer-generated view depicts part of Mars at the boundary between darkness and daylight, with an area including Gale Crater beginning to catch morning light, in this handout image provided by NASA. It may not be space debris, errant asteroids, supply shortages, thruster malfunctions or even the malevolent aliens envisioned in so many Hollywood films that thwart astronauts on any mission to Mars. It may be the ubiquitous galactic cosmic rays. Researchers said on May 1, 2015 long-term exposure to these rays that permeate space may cause dementia-like cognitive impairments in astronauts during any future round-trip Mars trip, expected to take at least 2-1/2 years. REUTERS/NASA/JPL-Caltech/Handout FOR EDITORIAL USE ONLY. NOT FOR SALE FOR MARKETING OR ADVERTISING CAMPAIGNS. THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. IT IS DISTRIBUTED, EXACTLY AS RECEIVED BY REUTERS, AS A SERVICE TO CLIENTS - RTX1B5CT

“NASA-dan Marsla bağlı fantastik təklif

NASA planetoloqları, Marsda xüsusi maqnit qalxanının işə salınmasını təklif edirlər.

Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, bunun sayəsində gələcəkdə Marsa yollanacaq kolonistlər, planetin atmosferini və okeanlarını bərpa edə biləcəklər.

“Bitkilərin varolmasını və suyun maye halında qalmasını təmin edəcək sıx və isti atmosfer, 2040-cı və daha sonrakı illərdə həm elmə, həmdə kosmosun öyrənilməsinə müsbət biliklər verəcək. Marsın atmosferini bərpa edərək biz onun səthinə daha ağır yükləri yerləşdirə, ora yollanacaq insanları radiasiya və Günəş küləyindən qoruya və digər problemləri həll edə bilərik” – deyə NASA-nın planetoloqlar şöbəsinin rəhbəri Jim Green bildirib.

Təqribən 4 milyard il bundan öncə Mars, Yer kürəsinə çox bənzəyirdi. O, sıx atmosferə, maye halında okeanlara və həyatın var ola biləcəyi rahat iqlimə sahib idi. Tərqibən milyard il sonra Mars, ucu-bucağı bilinməyən səhraya çevrilib. Onun atmosferi birdən-birə yoxa çıxıb, səthindəki su ehtiyyatı isə ya buxarlandı, yada ki, donaraq torpağın altında qalıb. Buna Marsın Yer kürəsi və Yupiterdən fərqli olaraq öz maqnit sahəsinə sahib olmaması göstərilib.

Jim Green və onun NASA-da olan həmkarları Marsa süni maqnit qalxanını göndərməyi təklif edirlər. Beləliklə həmin maqnit qalxan, planetin havasının kosmosa buxarlanmasının qarşısını alacaq. O qeyd edib ki, hal-hazırda NASA-da gücü 1-2 Tesla olacaq maqnit sahəsi mənbəyinin yaradılması barəsində müzakirələr gedir. Belə bir gücdə olacaq maqnit sahəsi mənbəyi, insanları Günəş plazması hissəciklərindən qoruyacaq və astronavtların hüceyrələrinin zədələnməməsinə yardımçı olacaq. Bu cür strukturlar barədə düşünəndə Green və onun həmkarlarının ağıllarında belə bir sual yarandı. Planetin və Günəşin cazibə qüvvələrinin bir-birilərini tənzimləyəcəkləri L1 nöqtəsinə (Mars orbitində olan nöqtə) buna oxşar maqnit sahəsi mənbəyi yerləşdirilsə nə baş verər?

Onların hesablamalarına görə bu, Mars atmosferindəki hava axınında köklü dəyişikliklərə səbəb olacaq. L1 nöqtəsində quraşdırılacaq bu cür maqnit qalxanı, Marsın qütblərini tamamilə örtəcək. Nəticədə kosmosa olan hava axınının səviyyəsi sıfıra enəcək. Vulkanlar və yeni molekulların digər mənbələri Mars atmosferindən heç yerə yoxa çıxmayacaq. Beləliklə Mars atmosferinin sıxlığı getdikcə artacaq. Bunun sayəsində Mars havasının temperaturu yüksəlməyə başlayacaq və o, 4 dərəcə göstəriciyə çatdıqda, karbon qazından ibarət olan qütblərdəki buzlaqlar əriməyə başlayaraq parnik effekti yaradacaq və temperatur daha sürətlə artmağa başlayacaq. Müəyyən müddətdən sonra isə qütblərdəki bütün buzlaqlar əriyərək maye halda suya çevriləcək. Green-in hesablamalarına görə Marsın dərinliklərində bir vaxtlar onun səthində var olmuş su ehtiyyatının 1/7 hissəsi yerləşir. Və bu su ehtiyyatı dənizlərin, göllərin və çayların yaranmasına kifayət edəcək. Daha sonra ora bitkiləri və heyvanları köçürtmək mümkün olacaq. Planetoloqun sözlərinə görə bu proses 10 illiklərlə gedəcək və Mars bir növ böyük laboratoriyanı xatırladacaq. Green bildirib ki, yaxın zamanda bu cür layihənin neçəyə başa gəlməsi və prosesin nə qədər müddət çəkəcəyi haqqında dəqiq məlumatlar paylaşılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 − seven =