“Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” mövzusunda təlim təşkil olunub-FOTO

0
1116

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” qrant layihəsi çərcivəsində 10 noyabr 2022-ci il tarixdə Ağcabədi Pedaqoji Kollecində təlim təşkil olunub.

Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. Odur ki, bu bəlaya qarşı cəmiyyətin hər bir üzvü fəal olmalıdır.
Qanunla.Az xəbər verir ki, bu fikirlər “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” qrant layihəsi çərcivəsində Ağcabədi Pedaqoji Kollecində təşkil edilən təlimdə səsləndirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, layihənin əhəmiyyəti və məqsədindən danışıb. Bildirib ki, “ağ ölüm” kimi bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Təlimçi Rasif Qaçayev “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi çərçivəsində gənclərlə ətraflı maarifləndirici söhbət aparıb. Bildirib ki, tibbi preparatların köməyi ilə bu xəstəlikdən qurtulmaq mümkündür. Lakin narkomaniya yalnız fiziki deyil, həm də psixoloji asılılıqdır. Narkotik vasitələr insanın iradəsini məhv etdiyindən, heç də hamı bu asılılıqdan yaxa qurtara bilmir.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara narkomaniyaya qarşı maarifləndirici bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar paylanılıb. Layihə iştiraklarına sertifikatlar təqdim olunub.

image-img-20221115-wa0018 image-img-20221115-wa0022 image-img-20221115-wa0020 image-img-20221115-wa0021 image-img-20221115-wa0023 image-img-20221115-wa0019