Naməlum varlıqların inanılmaz görüntüsü

0
356

Müşahidə kameralarına düşən müəmmalı varlıqları daha çox kinolarda görmüşük. Amma real həyatda da gözlə görənlər olur.

 

Axar.az xəbər verir ki, dünyanın ən müxtəlif ölkələrində təhlükəsizlik kameralarına yansıyan qaraltılar, kölgələr izləyənləri dəhşətə gətirir.

 

Bəzən bu varlıqları gözlə görmək də mümkün olur. Bəzən isə onları öz gözlərimizlə görə bilmirik, əvəzində kameralara çox açıq-aşkar şəkildə düşürlər.

 

Həkim-psixoterapevt, parapsixoloq Cabbar Qurbanov görüntülərin real olması variantını istisna etməyib. ARB TV-yə açıqlama verən parapisxoloq gözə görünməyən çoxsaylı varlığın olduğunu deyib:

 

“Bəzi işıq dalğaları var ki, biz onları görmürük. Həmin işıq dalğaları müəyyən yerlərdən keçəndə, süzüləndə insanabənzər forma ala bilir. Amma bu, məsələnin tam izahı deyil, bir versiyadır. İnsanın ətrafında fiziki bədəndən əlavə, daha 6 bədən mövcuddur. Fiziki bədənlə birlikdə cəmi 7 bədəndir. İnsan dünyasını dəyişdikdən sonra, fiziki bədən hələ dağılma prosesində olanda, energetik bədən fiziki bədəndən ayrılır və ən azı 1 həftə yaşaya bilir. Eyni zamanda, fiziki bədənimizin yaxınlığında çoxsaylı məxluqlar var”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × four =