Naməlum gizli kosmik proqamlar (1)

0
670

Əziz Mustafa

Elm və texnika inkişaf etdikcə kosmosun fəthi və bununla bağlı həyata keçirilən layihələr bəşəriyyətin gələcək inkişafı baxımından olduqca böyük önəm daşımağa başlayıb. Bu baxımdan kosmosa göndərilən hər hər bir peyk beynəlxalq aləmin diqqət mərkəzində olur. Xüsusiilə Mars planetinin öyrənilməsi və daha uzaq planetlərə göndərilən kosmik gəmilərin verdiyi hər məlumatın, belə demək mümkünsə sivilizasiyamızın inkişafı üçün böyük sıçrayışlara yol aça biləcəyi istisna edilimir. Lakin ötən əsrin 70-ci illərindən başlayaraq dünyanın aparıcı kosmos dövlətlərinin, o cümlədən ABŞ-ın kosmosla bağlı gizli proqramlara malik olduğu barədə çoxsaylı ehtimallar səsləndirilməkdədir. Guya bu proqramlar dünya ictimaiyyətindən olduqca gizlin saxlanılır.

“Alternativ-3” ajiotajı

1977-ci il, iyun ayının 20-də “Anqlia” TV kanalı kosmosda həyata keçirilən gizli kosmik proqramlarla bağlı “Alternativ 3” sənədli filmini nümayiş etdirdi. Bu filmdə on illər ərzində gizli şəkildə reallaşdırılan kosmik proqramlardan danışılırdı. Qeyd edilirdi ki, kosmik proqramlardan məqsəd Marsda baza yaradılmasıdır. “Alternativ 3” sənədli filmi tamaşaçılar arasında böyük əks-sədaya səbəb oldu. Filmlə bağlı “Anqlia”TV redaksiyasına tamaşaçılar tərəfindən o qədər zəng gəlirdi ki, son nəticədə televiziya rəhbərliyi bu filmin şou olduğunu elan etməyə məcbur oldu. Guya bu şou 1 aprel zarafatı idi və beynəlxalq gülüş günü efirə getməsi nəzərdə tutulmuşdu. Ancaq müəyyən səbəblərdən veriliş iyununn 20-də efirdə nümayiş edilmişdi. Lakin ox artıq yayından çıxmışdı və tamaşaçılar televiziya rəhbərliyinin təkzibinə inanmırdılar.

“Anqlia”TV -də nümayiş etdirilən “Alternativ3” sənədli filmindən sonra ABŞ və digər kosmos ölkələrinin yerətrafı orbitdə çox sayda gizli kosmik proqramlar həyata keçirdiyi barədə yüzlərlə, hətta minlərlə ehtimallar ortaya çıxıb. Bu ehtimalların hər birində az və ya çox dərəcədə həqiqət hiss edilməkdədir və məntiqi baxımdan onları təkzib etmək mümkün deyil. Eyni zamanda bu ehtimalların doğru olduğunu göstərə biləcək faktlar da olduqca azdır. Məntiqi baxımdan kosmosda həyata keçirilməsi daha çox ağlabatan hesab edilən gizli proqramlardan bəziləri ilə tanışlıq olduqca maraqlı görünür.

“Serpo” proqramı

2005-ci ildə İnternetdə “Dzeta Setki” sistemindəki “Serpo” planetində məskunlaşan yadplanetlilərlə əlaqə yaradan gizli proqramın həyata keçirildiyi barədə məlumatlar yayıldı. Viktor Martines adlı birisi iddia edirdi ki, ABŞ-ın yüksək dairələrində işləyən rəsmilərdən biri ona yadplanetlilərlə əlaqə qurulmasına xidmət edən gizli proqramın uğurla reallaşdırıldığını söyləyib. Guya həmin şəxs Rouzell ətrafında baş verən NUO-lara məxsus olan kosmik gəminin sağ qalan ekipaj üzvlərinin vasitəsiilə “Serpo” planetində məskunlaşan NUO sakinləri ilə əlaqə yaradıldığını bildirib. Belə ki, qəzada sağ qalan kosmik gəminin üzvləri onun təmiri üçün ABŞ Kosmik Tədqiqatlar Mərkəzindən (NASA) yardım ala biliblər. Onlar gəminin təmirindən sonra öz planetlərinə dönüblər. 1964-cü ildə yenidən geri qayıdan NUO-nun qəzaya uğramış gəmisinin ekipaj üzvləri ABŞ hökuməti ilə “Serpo” layihəsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bu məqsədlə Silahlı Qüvvələrin 12 növünü təmsil edən və yüksək səviyyəli texniki biliklərə malik olan 12 mütəxəssis seçilib. Həmin mütəxəssislər 1965-ci ildə NUO gəmisində “Serpo” planetinə uçublar. Onlardan 8-i yalnız 13 ildən sonra geri qayıdıb, qalan 4 nəfərdən 2-si vəfat edib, ikisi isə “Serpo” planetində qalmağa üstünlük verib. Bununla bağlı gizli məlumatların sayı 3000 səhifədən artıqdır. Amma gizli layihənin nəticələri hələ də açıqlanmayıb və çox güman ki, açıqlanmayacaq. “Serpo” layihəsinin, həqiqətən də mövcud olmasına dair bəzi məlumatlar var. Ancaq, hələlik, gizli layihənin mövcudluğunu tam şəkildə sübut edəcək məlumatlar azdır. Bununla belə, hər il “Serpo” proqramı barədə mətbuata yeni məlumtlar sızdıırlır. Belə başa düşmək olar ki, bu məlumatlar çoxaldıqca “Serpo” layihəsinin varlığını sübut etmək asan olacaq. Hələliksə, “Serpo” proqramı ətrafında müəmmalar davam etməkdədir.

Günəş keşikçisi

Kainatın özbaşına olmadığı və Günəş sistemini mühafizə edən qüvvələrin olduğu barədə son illərdə bir çox elmi ehtimallar ortaya çıxıb. Bununla əlaqədar belə bir fikir vurğulanır ki, Günəş sisteminə daxil olan planetləri mühafizə edən xüsusi kosmik gəmilər donanması mövcuddur. Bu ehtimalın müəllifi, NASA-nın elmi məsləhətçisi doktor Erik Nortonun sözlərinə görə, texniki cəhətdən bizim ağlımıza belə gətirə bilmədiyimiz yüksək texnoloji imkanlara malik olan kosmik gəmilər donanmasının Ayın arxa hissəsində bazası var. Bu bazanın varlığı barədə Aya ilk ayaq basan ABŞ astronovatlarınin bir-biril ilə danışıqları sübut edir. Lakin sonra NASA tərəfindən bu danışıqların məğzi tamam fərqli şəkildə yozuldu. Ola bilsin ki, bundan məqsəd Ayda həyata keçirilən hansısa proqramın gizli saxlanılması olub.

“Horizont” layihəsi

ABŞ tərəfindən yerətrafı orbitdə həyata keçirilən gizli proqramların mövcud olması ehtimalının həqiqətəuyğun olduğunu son illərdə ortaya çıxan bəzi faktlar da təsdiq etməkdədir. Belə ki, 2014-cü ildə ABŞ Milli Təhlükəsizlik Arxivi “Horizont” layihəsi (“Project Horizon”) barədə bəzi gizli sənədləri mətbuatda dərc etdirdi. Həmin sənədlərə əsasən, 1959-cu ildə ABŞ-da Ayda baza hazırlanması barədə tədqiqatlara başlanılmışdı. Bundan məqsəd Aydan SSRİ-yə raket zərbələri endirmək idi. Plana əsasən, Aydakı bazadan SSRİ-nin tam nəzarət altında saxlanılması və lazım gələn anda ona qəfildən, gözlmədikləri yerdən zərbələr endirilməsi nəzərdə tutulmuşdu. Bu plana uyğun da olaraq, 1969 və 1972-ci illərdə Aya ABŞ astronavtları ayaq basdılar. Sonradan artıq Ayda gizli baza yaradılması məsələsi bir daha gündəmə gəlmədi. Belə hesab edilir ki, faktiki olaraq ABŞ Ayda hansısa gizli baza funksiyasını həyata keçirən texniki avadanlıqlar yerləşdirib və onun vasitəsilə şilə SSRİ-nin o dövrdə yerətrafı orbitə çıxardığı kosmik gəmiləri, həmçinin nüvə başlıqlı raket komplekslərini nəzarət altında saxlayıb. Düzdür, sonralar ABŞ astronavtları bir daha Aya ayaq basmadılar. Amma belə hesab edilir ki, Ayda yerləşdirilən texniki avadanlıqlar ötən əsrin sonuna kimi ABŞ-a SSRİ-nin və onun varisi olan Rusiyanı nəzarət altında saxlamağa imkan verib. Hazırda isə ABŞ-ın yerətrafı orbitdəki kosmik gəmiləri vasitəsi ilə Rusiyanın bütün strateji ərazilərini, o cümlədən hərbi bazalarını nəzarət altında saxladığı vurğulanır.

Yeri gəlmişkən, onu da deyək ki, hələ ötən əsrin 70-ci illərində SSRİ-də ABŞ-ın Ayda gizli hərbi bazaya malik olması barədə məlumatlar var idi. O vaxt NASA-nın yuxarı dairələrinə öz casuslarını yerləşdirməyə nail olan SSRİ ABŞ-ın aydakı gizli missiyasından xəbər tuta bilmişdi. Lakin NASA-dakı SSRİ casuslarının əli bu gizli layihələrə çatmadı və onlar həmin sənədləri ələ keçirərək Moskvadakı şeflərinə ötürə bilmədilər. Həmin dövrdə ABŞ-ın kosmosda müharibə planını işə salması və bununla bağlı milyardlarla dollar xərcləməsi Kremlin gözünü əməlli-başlı qorxutmuşdu. Çünki SSRİ-nin yerətrafı orbitdə ABŞ-la kosmik müharibələrə başlamaq imkanı yox idi. Kosmik müharibələrə qarşı SSRİ tərəfindən ayrılan xərclər isə ölkənin iqtisadi baxımdan çökməsinə və dağılmasına gətirib çıxardı. ABŞ-a qarşı SSRİ-nin gücsüz olduğunu dərk edən Mixail Qorbaçov hakimiyyətə gəldiyi ilk günlərdən imperiyanı qoruyub saxlamaq üçün Qərblə sövdələşməyə getmək yolunu nümayiş etdirdi. Bu məqsədlə də Qorbaçov Şərqi Avropadakı sosializm ölkələrini Qərbə qurban verməklə SSRİ-nin varlığını qoruyub saxlamağa çalışırdı. Lakin Qorbaçovun sosializm bloku ölkələrini Qərbə qurban verməsi də SSRİ-nin dağılması prosesinin qarşısını ala bilməsdi. Nəticədə, belə demək mümkünsə məhz kosmosda həyata keçirilən gizli layihələr ABŞ-ın SSRİ üzərindəki üstünlüyünü təmin etdi. Bu da, öz növbəsində, “soyuq müharibə”nin Qərbin xeyrinə başa çatmasına səbəb oldu və SSRİ adlı imperiya dünyanın siyasi səhnəsindən silindi. Onun yerində isə yeni müstəqil dövlətlər əmələ gəldi.

BIR CAVAB BURAXIN