na” terrorçusunun arvadı məhkəmədə yeni bilgilər verdi

0
701

2132İstanbuldakı “Reyna” gecə klubunda törədilən terror aktıyla bağlı daha 1 nəfər həbs edilib. Türməyə göndərilənlərdən biri də qətliamı həyata keçirən terrorçu Əbdülqadir Maşaripovun həyat yoldaşı Zarina Nurullayevadır.

Musavat.com CNN-in Türkiyə bürosuna istinadən xəbər verir ki, Z.Nurullayeva məhkəmədə həm həyat yoldaşının dediklərini təkzib edib, həm də dövlətdən oğlunun tapılması üçün yardım istəyib.

Həyat yoldaşının İŞİD-ə biət etdiyini deyən Nurullayevanın sözlərinə görə, Maşaripov ona İŞİD-ə qatılmaq üçün Suriyaya getmələrinin vacibliyini söyləyib. Şübhəli Nurullayeva həmçinin istintaq zamanı ərinin etdiyi terrordan sonuncu saxlanılan zaman xəbərdar olduğunu deyib: “Mənə yönəldilən ittihamların çoxu yalandır. 20 gün boyunca qaldığım evdə İŞİD ilə bağlı bir mövzu açılmadı və onların da İŞİD üzvü olmaları ilə bağlı heç bir məlumatım yoxdur. Mənim Türkiyəyə gəlməyimdən 1 il ötüb. Ərim Əbdülqadir Maşaripov ilə birlikdə İrandan Türkiyəyə gizli yollarla gəldik. Heç bir qadına “burda qalsanız, ziyan görərsiniz” deyə bir söz demədim”.

Nurullayeva onu da deyib ki, həyat yoldaşı hadisədən 3 gün əvvəl evdən çıxıb: “Nə etdiyi ilə bağlı heç bir məlumatım yoxdur. Həyat yoldaşım kompüterlə məşğul idi. Hadisədən sonra məni bir mənzildən digərinə aparanda həyat yoldaşımı soruşdum. Dostu mənə “çox şey soruşma” dedi. Biz saxlanılmadan öncə iki nəfər gəlib uşağı geyindirməmi və İrana aparacaqlarını, həyat yoldaşımın da bundan xəbəri olduğunu dedi”.

Şübhəli Nurullayeva eyni zamanda deyib ki, əri Pakistanda İŞİD-ə biət edirdi: “Həyat yoldaşıma dedim ki, burda İŞİD yoxdur, sən kimə biət edirsən? Dedi ki, burda təmsilçisi var, ona biət etdim. Mənə sadəcə dedi ki, İŞİD-ə qatılmaq üzrə Suriyaya getməliyik. Yoldaşım biət etmədən öncə mən öz-özümə qərar vermişdim. Türkiyəyə getməklə bağlı anamla danışdım. Əgər Türkiyəyə getsəm, anam da gələcəkdi. Bizim yaşadığımız bölgədə müharibə vardı. Buna görə də Türkiyədə qalmaq üçün qərar vermişdim. Ərimə də dedim ki, mən səninlə Suriyaya gəlməyəcəm”.

Nurullayeva eyni zamanda deyib ki, terrordan sonra bir evdən başqasına aparılıb. Onu aparan şəxslər isə “ərinin yasını tut” deyiblər: “Ancaq daha sonra gələrək, “yas tutmağına ehtiyac yoxdur, həyat yoldaşın ölməyib” dedilər. Bunu deyənin üzünü görmədim. Ona həyat yoldaşımın başına nə iş gəldiyini, niyə şəhid olduğunu soruşdum. Cavabı belə oldu ki, “ərin böyük işlər gördü”. Polislər məni aparana qədər baş verənlərdən xəbərim yox idi. Saxlanan vaxt bildim ki, ərim “Reyna” terrorunu gerçəkləşdirib”.

Terrorçunun həyat yoldaşı eyni zamanda cib telefonundan istifadə etmədiyini də deyib: “Mənim telefonum yoxdur. Olduğum yerdə bir qadının telefonu var idi. O qadından “ərindən soruşa bilərsənmi ki, ərim hardadır” soruşdum. Amma qadının əri “oturun oturduğunuz yerdə” dedi. Oğlumu tapmağıma yardım edin. Sərbəst buraxılmağımı tələb edirəm. Ərim də məni atdı, iki uşaqla ortada qaldım”.

BIR CAVAB BURAXIN