Artıq “My Broker” İxtisaslaşmış Gömrük Təmsilçiliyinin yerli və xarici, fiziki və hüquqi şəxslərə tam gömrük təmsilçiliyi xidmətləri göstərmək məqsədi ilə Bakı şəhəri 1, 2, 3, 4 saylı “Asan xidmət” mərkəzlərində və 1 saylı “Asan Kommunal” mərkəzində xidmət pəncərələri yaradılıb. Qurumdan Arazinfo.com-a verilən məlumata görə,”My Broker” Gömrük Təmsilçiliyi xidməti pəncərələrinə müraciət edən vətəndaşlarımıza gömrük rəsmiləşdirilməsi üzrə məsləhət xidməti, sənədlərin qəbul olunması, , mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, tam təmsilçilik qismində gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə bir sıra xidmətlər göstərir. “My Broker” Gömrük Təmsilçiliyi Azərbaycan Respublikasının gömrük fəaliyyəti zonasında ilk dəfə dünya təcrübəsi əsasında yaradılmış müasir Gömrük Təmsilçiliyidir. “My Broker” Gömrük Təmsilçiliyi gömrükdən istifadə edən vətəndaşların və iş adamlarının rahatlığına xidmət edir. “My Broker” peşəkar əməkdaşları ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında 20-dən çox xidmət növü üzrə tam gömrük təmsilçilik xidmətlərini həyata keçirir. “My Broker” yarandığı ilk gündən bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsində i ştirak edib və xarici şirkətlərin davamlı şəkildə ən çox üstünlük verdikləri gömrük təmsilçiliyidir.