Muzdla işləyənlərin 18 min artdığı deyilir

0
761

Fəhlə

Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərinin sayının artdığı bildirilir.

Bu barədə Dövlət Statistika Komitəsinin (DCK) məlumatında bildirilir. DSK qeyd edir ki, bu ilin yanvarın 1-nə olan məlumata görə, iqtisadiyyatda muzdlu işçilərin sayı 1 milyon 514 min nəfər olub. Bu, 2016-cı ilin əvvəli ilə müqayisədə 18 min nəfər çoxdur. Onlardan 889.9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22.2 faizi təhsil, 19.3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12.8 faizi sənaye, 8.8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində çalışır.

Bundan başqa, 7.1 faizin dövlət idarəetməsi, müdafiə; sosial təminat, 5.9 faizin tikinti, 4.6 faizin nəqliyyat, anbar təsərrüfatı, 3.7 faizin peşə, elmi, texniki fəaliyyət, 3.1 faizin kənd, meşə təsərrüfatı, balıqçılıq, 1.7 faizin maliyyə, sığorta, 10.8 faizin isə iqtisadiyyatın digər sahələrində çalışdıqları bildirilir.

Komitənin məlumatına görə, 2016-cı ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 6.9 faiz artaraq 498.6 manat olub.

Müstəqil ekspertlər DSK-nın məlumatlarına bir qədər şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, Azərbaycanda yeni açılan iş yerləri statistikaya salınır, qapadılan müəssisələrlə bağlı məlumatlar gizlin saxlanılır. Üstəlik, onlar hesab edirlər ki, muzdla işləyənlərin əməkhaqqı dollarla ifadədə azalıb.

BIR CAVAB BURAXIN