MÜTƏLLİBOVUN KEÇMİŞ MƏTBUAT KATİBİ HƏBS EDİLDİ – MTN agentiymiş

0
505

 

Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimov (Fətişoğlu) həbs edilib. Bu barədə Trend-ə Ağdam rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, T.İbrahimov avqustun 9-da Ağdamda həbs edilib. O, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakının Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

T.İbrahimov dələduzluqda ittiham olunaraq axtarışa verilibmiş. Onun barəsində CM-nin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Virtualaz.org-ın məlumatına görə, Teylor İbrahimov (Fətişoğlu) DTK və MTN-in keçmiş agentidir. O, keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agentdir.

2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tırəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib. Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən ayın əvvəlində haqqin.az-da Ağdam rayon sakinlərinin şikayəti əsasında günün günorta çağı Teylor tərəfindən Ağdamda törədilmiş oğurluqdan bəhs edən yazı dərc edilmişdi. Bu əməlləri Teylor rayonun icra başçısı Raqub Məmmədovun adından itifadə edərək törətmişdi.

Dələduzun rayonun başçısı ilə yaxın münasibətlərindən burada çoxunun xəbəri var, buna görə də, on minlərlə manat həcmində borc alınmış pullar Teylora etibar edilərək verilirdi ki, o bunun müqabilində kimisə hansı vəzifəyə işə düzəltsin. Lakin vəzifələri satın almaq mümkün olmadı. Aldadılmış vətəndaşlar Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdilər. Göründüyü kimi, istintaqın ilk əlamətləri sezilməkdədir.

BIR CAVAB BURAXIN