Müsəlman kişi Ronaldoya görə arvadından boşandı 

0
603


Səudiyyə Ərəbistanında növbəti qeyri-adi boşanma olayı baş verib. Moderator.az  xarici mediaya istinadla xəbər verir ki, ər arvadını “Real Madrid” və “Barselona” arasındakı futbol matçından sonra boşayıb. Buna səbəb isə  20 yaşlı xanımın azarkeşi olduğu “Real Madrid”in qələbəsinə sevinməsi olub. Sevincindən atılıb-düşən qadın “Ronaldo! Ronaldo!” qışqırıb. Bərk qəzəblənən kişi isə xanımını döyüb. Bundan sonra qadın valideynlərinin evinə gedərək  boşanma haqda ərizə yazıb. Qohumların da məsələyə qarışması ailəni dağılmaqdan qoruya bilməyib.
 
 

BIR CAVAB BURAXIN