Müsəlman qırğınları davam edir (3)

0
364

11

Pentaqonun divarları arxasında mifik kürd dövləti barədə gen-bol danışılmağa, bu istiqamətdə işlərin davam etdirilməsindən bəhs edilirdi. Bu məqsədlə isə Qərb dövlətlərinin yardımları ilə PKK terror maşını işə salınmışdı. Nəticədə Türkiyədə PKK tərəfindən həyata keçirilən terror aktları nəticəsində minlərlə günahsız insan qurbana çevrildi. Lakin o dövrdə Türkiyə hökumətinin olduqca güclü olması Qərbə PKK vasitəsi ilə mənfur planlarını həyata keçirməyə imkan vermədi. Ona görə də bu dəfə Əfqanıstanda radikal ovqatlı və əsası Qərbin xüsusi xidmət orqanları tərəfindən qoyulan Taliban hədəfə götürüldü. Lakin Talibanı bəhanə edərək Əfqanıstana hücum etmək üçün ABŞ-ın əlində tutarlı səbəb yox idi. 2001-ci ilin sentyabr ayının 11-də Nyu-Yorkda əkiz qüllələrin “partladılması” ssenarisi həyata keçirildi. Bu işdə dərhal Taliban günahlandırıldı və bununla da Əfqanıstanın işğalı planı işə salındı. 2001-ci ilin oktyabr ayında ABŞ əkiz qüllələrin partladılmasını bəhanə edərək Əfqanıstanda hərbi əməliyyata başladılar. Hərbi əməliyyatlaran əvvəl Əfqanıstanda dağıdıcı zəlzələlər baş verdi və nəticədə minlərlə insan həlak oldu. O vaxt bu zəlzələlərin sünü şəkildə ABŞ tərəfindən hansısa gizli silah vasitəsi ilə törədidiyi barədə çoxlu sayda ehtimallar dolaşmaqda idi. ABŞ və onun müttəfiqi Böyük Britaniyanın Əfqanıstanı işğal etməsi yerli əhali üçün əsl faciəyə çevrildi. 2001-2016-cı illər ərzində 3 milyona yaxın dinc sakin işğalın qurbanına çevrildi. Minlərlə ev yerlə-yeksan edildi, şəhərlər, kəndlər yandırılaraq xarabazarlığa çevrildi. Bir sözlə Əfqanıstanda əsl soyqırımı həyata keçiridi və bu gündə başı min bəlalalr çəkən bu xalqın faciələri davam edir. Eyni sözləri İraq haqqında da demək olar. 2003-cü ildə Səddam Hüseynin guya nüvə silahına malik olduğunu bəhanə edərək İraqa hücum edən ABŞ adı çəkilən ölkəni qırğınlar meydanına çevirdi. İşğal dövründə 6 milyondan yuxarı insan xəstəlik, aclıq və bölgədə həyata keçirilən soyqırımı nəticsində həlak oldu. ABŞ beynəlxalq ictimaiyyətin təzyqiləri nəticəsində İraqdan hərbi qüvvələrini qismən çıxarandan sonra orada Qəribin xüsusi xidmət orqanları tərəfindən yaradıldığı söylənilən İŞİD qruplaşmalarını hərəkətə gətirdi. Nəticədə İraq yenidən hər gün yüzlərlə insanın ölümünə səbəb olan toqquşmalara meydan oldu. İŞİD-i silahlandıraraq İraq hökuməti üzərinə hücuma sövq edən bəzi Qərb ölkələri onlar tərəfindən bölgədə həyata keçirilən yeni qırğınları körüklədilər. 2 il ərzində İŞİD-in İraqda, həmçinin Suriyadakı qırğınlarına göz yuman və pərdə arxasından onlara hərbi texniki yardım göstərən bəzi Qərb ölkələri istədiklərinə nail olandan sonra hərəkətə keçdilər. Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı adı altında ABŞ-ın dinc sakinlər yaşayan binaları bombardman etməsi nəticəsində isə həlak olanların sayı on minlərlədir. Necə deyərlər, ABŞ hərbi təyyarələri İraqın ən qədim şəhərlərindən biri olan Mosulun altını üstünə çevirərək xarabazarlığa döndəriblər. Buna paralel olaraq ABŞ v onun qərbədəki müttəfiqlərinin PKK terrorçularına əl altdan hərbi texniki və maiyyə yardımları göstrərək Türkiyənin parçalnmasına xidmət edən tədbirlərini davam etdirirlər. Nəticədə PKK hər gün Türkiyədə terror aktlarına baş vurur və dinc sakinlər həlak olurlar. Xarici kəşfiyyat orqanlarının hazırladıqları ssenari əsasında islam ölkələrində həyata keçirilən “Ərəb baharı” isə Liviya, Mərakeş və Suriyada yüz minlərlə insanın ölümünə yol açaraq adı çəkilən ölkələrin xarabazara çevrilməsinə yol açıb. Amma ən dəhşətlisi odur ki, Vatikanın tapşırıqları və göstərişləri əsasında Qərbin xüsusi xidmət orqanları tərəfindən hazırlanan müsəlman soyqırımı ssenarisi bəzi islam ölkələri, o cümlədən İran tərəfindən də dəstəklənir. Necə deyərlər, Suriya, eləcə də İraq həm xaç yürüşlərinin, həm bölgədə siyasi, hərbi, iqtisadi təsir dairəsi uğrunda mübarizə aparan ABŞ və və onun müttəfiqləri, həm də İranın “islami” maraqlarının təmin edilməsi uğrunda apardığı toqquşmaların qurbanına çevriliblər. İslam dünyasını bu qırğınlardan hansı qüvvənin xilas edə biləcəyi isə məlum deyil. Hələliksə müsəlman qurğınları davam edir…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × two =