Müsəlman qırğınları davam edir (2)

0
577

11Ötən əsrin 80-cı illərində və 90-cı illərinin əvvəllərində başda ABŞ olmaqla Qərb dünyası yeni düşmən axtarışına çıxdılar. Belə bir düşməni isə Qərb ölkələri İslam aləminin simasında görməyə başladılar. Bu müstəvidə də Qərb mətbuatında islam dünyasının simasında mənfi, geridə qalan terrorçu obrazının formalaşadırılmasına həsr edilən onlarla yazılar dərc edilməyə başladı. Xüsusi ilə İraqın o dövrdəki prezidenti, Qərbin çaldığına oynamayan və ara-sıra sərt açıqlamaları ilə ABŞ və onun müttəfiqlərinin yuxusunu qaçıran Səddam Hüseyn islam aləminə xaçlı yürüşünün yeni mərhələsəinin əsas hədəfi kimi seçildi. Əvvəlcə Səddam Hüseyni zəiflətmək üçün Fransanın təhriki ilə İraqı İrana qarşı müharibəyə başlamağa sövq edən Qərb ölkələri bununla da 8 il ərzində bölgəni qan gölünə döndərdilər. İraqla İran arasında 8 il davam edən müharibə başa çatandan sonra Qərb bu dəfə İraqı Küveytə qarşı yeni təcavüzə şirnikləndirmək məqsədi ilə bütün vasitələrdən istifadə etdi. Bu dəfə isə adı çəkilən məkrli planların həyata keçirilməsində İraqın əsas hərbi müttəfiqi SSRİ köməyə gəldi. ABŞ-a qarşı mübarizədə İraqa ən yüksək səviyyədə dəstək verəcəyini bəyan edən SSRİ rəhbərliyi bununla da Səddam Hüseynin Küveytə qarşı hərbi müdaxiləsində katalizator rolunu oynadı. Küveytə İraqın müdaxiləsi isə adı çəkilən ölkəni müdafiə etmək bəhanəsi adı altında ABŞ-a və onun əsas müttəfiqi İngiltərənin əlinə Səddam Hüseyn rejiminə qarşı hərbi müdaxiləyə başlamaq üçün bəhanə verdi. “Səhrada fırtına” adı verilən bu hərbi əməliyyat başlayanda Səddan SSRİ-ni İraqa dərhal hərbi texnika və canlı qüvvə sarıdan yardım edəcəyini gözləyirdi. Lakin SSRİ rəhbərliyi nəinki Səddam Hüseynə hərbi yardım etmədi, əksinə onun adı çəkilən ölkəyə verdiyi hərbi texnika, o cümlədən “Skad” raketləri yararsız çıxdı. Bu da Səddamın məğlub olmasına onun Qərb qarşısnda təklənməsinə gətirib çıxardı. İraqa ABŞ-ın hərbi müdaxiləsi yarıda dayandırılsa da, bu ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalar nəticəsində təkcə 1991-1999-cu illərdə 3 milyona yaxın insan, xüsusi ilə uşaqlar və qocalar aclığın, dərman çatışmazlığının nəticəsində çoxsaylı xəstəliklərin qurbanına çevrildilər. Həmin dövrdə islam aləmi isə bunu yalnız kənardan seyr etməklə və günahı Səddam Hüseyndə axtarmaqla işlərini bitmiş hesab etdilər.

SSRİ dağılandan və soyuq müharibə dövrünün başa çatmasından sonra isə Qərbdə, o cümlədən Vatikanda islam dünyasına qarşı yeni səlib yürüşlərinin ssenariləri hazırlanmağa başladı. Bu ssenarilərin əsasında əvvəlcə mətbuatda Avropada islam dininə sitayiş edənlərin sayının artması və bunun xristianlıq üçün ciddi təhlükəyə çevrildiyi barədə ictimai rəyi aldadan, onları çaşdıran çoxsaylı yazılar dərc olunmağa aşladı. Bu məsələdə Vatikanla sıx dostluq münasibətlərində olan erməni lobbisi və Ermənistan xüsusi xidmət orqanları böyük canfəşanlıq göstərirdilər. Ötən əsrin 90-cı illərində Qərbdə qondarma erməni soyqırımı ətrafında qalxan böyük ajiotaj da islam dünyasına qarşı başladılan faşizm təbliğatının nəticəsi idi. Məqsəd Türkiyənin parçalanması və onun ərazisində bir neçə xırda dövlətlər yaratmaqla vaxtı ilə Anadoluda mövcud olan və Roma imperiyasının bir parçası olan Bizansın xortladılması idi. Hələ 1995-ci ildə ABŞ-dakı yüksək səviyyəli ABŞ hərbçilərindən birinin çantasından Türkiyə ərazisi hesabına yaradılan qondarma Kürdüstan dövlətinin xəritəsi tapılmışdı.

 

BIR CAVAB BURAXIN