Murad Dadaşov Yakuboviçə sürpriz etdi – Video

0
614

 


Rusiyanın “Birinci kanal”ında yayımlanan məşhur “Pole Çudes” verilişinin bu dəfəki buraxılışı Byenəlxalq Çay Günü və bu verilişin sponsoru olan Azərbaycan şirkəti “Azərçay”ın 20 illiyinə həsr edilib.

Arazinfo.com Kult.az-a istinadən xəbər verir ki, bununla əlaqədar verilişin yayımlandığı studiyada böyük armudu stəkan, oyun tablosunda isə müasir Azərbaycanın simvollarından biri olan Heydər Əliyev Mərkəzinin fotosu yerləşdirilib. “Pole Çudes”in bu dəfəki yayımına Bakı, Astara və digər bölgələrdən olan vətəndaşlar qatılıblar. İştirakçılardan biri isə şoumen, prodüsser və “Bakılı oğlanlar” komandasının aktyorlardan Murad Dadaşov olub. O, verilişin aparıcısı Leonid Yakubiçə məşhur Azərbaycan mürəbbəsi hədiyyə edib və ona Azərbaycana iyul ayında etdiyi səfəri xatırladıb. Dadaşov həmçinin Yakuboviçin Bakıdan getdikdən sonra nələrin baş verdiyini də söyləyib.

“Mən sizin Azərbaycanda nə qədər çox sevildiyinizi bildiyinizdən əminəm. Sizin gəlişinizdən sonra insanlar o qədər təsirlənmişdilər ki, övladlarını Leonid, hətta Yakuboviç, “Polu Çudes” adlandırmağa başladılar. Bəziləri hətta daha uzağa gedərək Yakuboviçin bığlarını dəb olsun deyə saxladı” – deyə Dadaşov zarafatla aparıcıya deyib.

Bundan sonra Qafqaz papağı və Yakuboviçin bığları olan uşağın fotosunu aparıcıya göstərib.

“Oradakı mürəbbə bankaları arasında siz mürəbbələrdən ən dəyərlisini görürsünüz. Əgər bunlardan heç biri sizin xoşunuza gəlməsə, o zaman bu bankada Azərbaycan nefti var. Qoy bu da sizin kolleksiyanızda qalsın” – deyə Dadaşov söyləyib.

Lakin Dadaşovun Yakuboviçə hədiyyələri bununla bitməyib:

“Bizim idman həyatımızda çox möhtəşəm bir hadisə baş verib. İlk dəfə olaraq Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında oynayıb. Sizə bütün oyunçuların imzaladığı və Çempionlar Liqasında oynadıqları topu və xüsusi formanı hədiyyə edirik”.

Yayda Bakıya səfəri zamanı “Qarabağ”ın oyununa tamaş etməyə gedən Yakuboviç aldığı hədiyyələrdən çox məmnun olub.

BIR CAVAB BURAXIN