Müharibə hazırlıqları başladı: Türkiyəyə hücum?

0
584

Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin ki, ancaq mən heç kirayə götürülmüş döyüş gəmisi eşitməmişdim.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Mete Yarar bugünkü məqaləsində bildirib.

“Ortada bir savaş yoxdur. İqtisadi cəhətdən batmış bir ölkədən bəhs edirik. Birini 100 milyon avrodan kirayələdilər. Sizcə, müharibə yoxdursa, niyə döyüş gəmisi icarəyə götürürlər? Demək, nəyəsə hazırlanırlar. Niyə Yunanıstanın müdafiə naziri açıqlamalar verir? Fransa prezidenti “Biz Suriyaya gəldik, Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün bilərəkdən Suriyanı bombaladıq” tipli açıqlamalar verir…” – Yarar qeyd edib.

Ekspert bildirib ki, Türkiyə S-400 müdafiə sistemi almağa çalışır, əvəzində qiyamət qopur:

“Bu silah-filan deyil, müdafiə sistemidir. Türkiyə özünü müdafiə etmək üçün sistem istəyir, başqa heç nə. Bunun alınmaması üçün səy göstərirlər. Səudiyyə, BƏƏ və Misir qoşunlarının tərkibində olduğu ordunun sərhədlərimizə gəlməsi üçün görüşlər keçirilir. Bir şeyə hazırlaşırlar. Türkiyə də hazırlaşır, ancaq biz müharibəyə hazırlaşmırıq. Biz onsuz da hər vəziyyəti nəzərə alaraq hazırlıq aparırıq. Bu coğrafiyanın taleyi budur”.

BIR CAVAB BURAXIN