Müasir dünyanın ən peşəkar fırıldaqçısı: Frenk Ebiqneyl

0
458

Amerikada təhlükəsizlik üzrə məsləhətçi kimi fəaliyyət göstərən Frenk Ebiqneyl öz fırıldaqçılıq həyatı ilə şöhrət qazanıb.

15-21 yaşlarında o, saxta vəsiqələrlə həkim, pilot, hüquqşünas kimi ABŞ məhbuslar bürosunda və ən az 8 belə heç bir biliyi olmadığı sahələrdə işləyib. 21 yaşına kimi 2 dəfə polisdən qaçmağa nail olub. Həbs olunduqdan 5 il keçməmiş polisə işləməyə başlayıb. Hazırda öz şəxsi şirkəti belə var. Haqqında Leonardo DiKaprionun baş rol aldığı  “Bacarırsan məni tut” (2002) filmi belə çəkilib.

Frenk Villiam Ebiqnali 1948-ci il 27 apreldə Nyu-York da dünyaya gəlib. Anası fransız, atası isə yəhudi olan Frenk 16 yaşına kimi Nyu-York da yaşayıb. 12 yaşı olanda valideynləri ayrılmağa qərar verirlər və Frenkin 14 yaşı olanda rəsmi sürətdə boşanırlar. Teatr və siyasətlə yaxından maraqlanan atasının Frenk üzərində böyük təsiri olub.

Onun ilk fırıldaq obyekti də elə atasıdır. 15 yaşı olanda atası ona işində kömək eləməsini istəyib və benzin doldurmaq üçün bank kartını ona verib. Sevgilisi ilə görüşməyə pul lazım olduğundan Frenk kartla müxtəlif lazımsız maşın avadanlıqları alıb. Kassirdən kartda qalan pulun qalıq formasında ona qaytarılmasını istəyib və beləliklə atasına 3400 dollar zərər vurub.

Pulsuz səyahət etmək marağına düşən gənc Frenk, Pan Amerika təyyarə şirkətində özünü şirkətin işçisi kimi qələmə verib. Əvvəl o, iddia edib ki, uniformasını oteldə itirib, daha sonra özünə saxta kimlik düzəldib və rəhbərliyi inandırıb ki, 16 yaşından bəri 26 ölkə üzərindən ən az 250 uçuş keçirib və ümumilikdə 1,600000 km yol qət edib. Bununla o, şirkət hesabına səyahət edib və otellərdə qalıb.

Frank Ebigeyl ile ilgili görsel sonucu

Pilot olduğu müddətdə az qala 140 nəfərin, özü də daxil olmaqla, həyatına son qoyurmuş. Onun pilot olmadığı anlaşılandan sonra  Gürcüstana qaçıb. Kimliyini soruşanda Pan Amerika tərəfindən axtarışa verilməsindən ehtiyat edib özünü həkim kimi təqdim edib. Frenk Adams adı ilə oteldə qalıb və yan otaqda qalan həkimlə dostlaşıb. 11 ay bu şəkildə davam edib və az qala bir uşağın ölümünə səbəb olurmuş. İşlədiyi xəstəxananı isə öz bacarıqsızlığından başqalarının həyatını təhlükə altına aldığına görə tərk edib.

Pan Amerika polisləri tərəfindən axtarıldığı bir vaxtda o, saxta Harvard diplomu hazırlayıb və Luizianada hüquqşünas kimi işləməyə çalışıb. Bunun üçün imtahan verməli olan Frenk 2 dəfə kəsilib və 8 həftəlik hazırlıqdan sonra imtahanı verə bilib. Həyatının həmin mərhələsində sadəcə öz müdirinə qəhvə aparmaqla məşğul olan Frenk, 8 aydan sonra işdən çıxıb. Buna əsas səbəb kimi isə Harvard tələbəsi olan iş yoldaşının ona universitet haqda verdiyi suallara cavab verə bilmədiyindən, iş yoldaşının onun haqda gizli araşdırmalara başlaması olub.

12 ölkədə saxta vəsiqələrlə, müxtəlif işlərdə işləyən gənc Frenk, Fransa hava limanında saxlanılıb. Tutulduqdan sonra 2 il həbs cəzası kəsilib və 1 illik Perpiqnanda cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Perpiqnan həbsxanasında otaqlar olduqca kiçik, yataq, örtük, yemək, tualet avadanlıqları olduqca məhdud idi.

İlgili resim

Amerikada FBİ (FTB) işçisi olduğu müddətdə tanış olduğu Kelly ilə evlənib və 3 oğlu ilə birgə Şotlandiyada yaşayır. “Bacarırsan tut məni” filmində Tom Hanksın canlandırdığı FBİ agenti obrazı Cozef Şeə isə sonradan Frenkin ən yaxın dostu olub. Minval.İnfo

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 − 5 =