Müəllim peşəsi

0
501

Bir neçə il bundan əvvəlin söhbətidir. Toy mövzümün qızğın vaxtı idi. Gözlədiyim kimi tanış bir adamın oğlunun toy məclisinə dəvətnamə almışdım. O gün işim bir az çox olduğuna görə toy məclisinə gecikməmək üçün taksi ilə getmək qərarına gəldim. Küçəyə çıxan kimi ilk rast gəldiyim taksiyə əl elədim. Tünd qırmızı VAZ21 06 markalı maşın qarşımda dayandı. Maşına əyləşən kimi təxminən 45- 50 yaşlarındakı sürücüyə getdiyim toyun baş tutacağı şadlıq sarayının yerini söylədim. Sürücü necə deyərlər dilli olmaqla yanaşı, həm də nəsə dərdli və əsəbi adam təsirin bağışlayırdı. Bir az oyandan, bu yandan söhbət salmışdıq ki, qarşımıza çıxan yol polisi maşınmızı saxlamagmizi tələb etdi. 

         Avtomobilindən düşən sürücü yol əməkdaşına yaxınlaşdı. Hardasa 5 dəqiqədən sonra polis əməkdaşı ilə əl verib “görüşüb” maşına əyləşdi. Bundan sonra sürücünün rəngi bir az da tutuldu. Sanki hirsli üzündə qabaran damarlarından qan fışqıracaqdı. Sürücünün dərdini yumşaltmaq üçün nə baş verdiyini soruşdum. Sürücü “Hec dovernostun vaxtı bitib” – deye problemi səthi izah etdi. Birdən qəflətən maşını əyləcləyib üzünü çevirib dilləndi. “Mənə lazım idi?” 17 il dir müəllim işləyirəm. Nəyə görə yollara düşüb taksavatlıq eləməliyəm. Qazandığını da ona- buna ver…” Daha başqa şey demədim. Sadəcə olaraq sürücünün dediklərini başımla təsdiq etdim. 2 dəqiqədən sonra toyun olduğu sarayın qarşısında sürücünü yola salıb saraya girdim.         Geniş möhtəşəm bəzədilmiş sarayda qonaqları qarşılayan bəyin dayısı məni görüb süni təbbəssüm yaratdı “xoş gəlmisiniz, müəllim.” – deyərək üzünü ofisanta tutub dedi: “ Cəmil, müəllimi yaxşı yerdə oturd, İstədiyi heç bir şeyi əskik eləmə” Cəmilin göstərdiyi masanın arxasında əyləşdim. Önümdə xüsusi forma geyinmiş ansambılın ifa etdiyi həzin musiqi zalı bürümüşdü. Ansambılı idarə edən tamada maraqlı məsəllər və ibrətamiz hekayələr danışaraq məclisi daha da rəngarəng edirdi. Bəyin dayısı isə qarşıladığı qonaqlari içəri ötürüb Cəmili səsləyirdi. Zalın yuxarı başında durmuş bəy və gəlin sakit halda gözlərini masaya dikib, xəyala dalmışdılar.            Tamada bəyi tərifləyir, arada şeir ilə peşəsinə bəzək verirdi. Bu zaman arxa masada əyləşənlərdən biri “Mən bu tamadanı tanıyıram, o bizim dil- ədəbiyyat müəllimizdir”.- dedi.
         Bir qədər vaxtdan sonra qalxıb məclisdən getmək qərarına gəldim. Adət üzrə toya ənam yazdırmaq üçün məclisin çıxışında oturmuş adama yaxınlaşıb müəyyən olunan məbləği yazdırdım. Birdən zalda səs-küy qopdu. Səs manıslar tərəfdən gəlirdi. Nəyi isə bölə bilməyən calğıçılar aləmi qatmışdılar. Belə mübahisələr tez- tez olduğuna görə buna əhəmiyyət verən yox idi. Qapıya yaxınlaşanda mübahisə edən manısların biri klarnet çalan yoldaşına dilləndi: “Riyaziyyat müəllimisən, get hesabınla məşğul ol”.

Mehman Fərmanov

BIR CAVAB BURAXIN