Mövlud Çavuşoğlu Rusiyada Suriya problemini müzakirə edəcək

0
468

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər etmək niyətindədir.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, o Rusiya rəsmiləri ilə keçirəcəyi görüşlərdə ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə edəcəyini bildirib:

“Moskvaya səfərimdən məqsəd Rusiya rəsmiləri ilə ABŞ-qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməkdir”.

Bununla belə Çavuşoğlu Rusiyaya səfərinin nə vaxt baş tutacağı məsələsinə aydınlıq gətirməyib.

Türkiyə xarici siyasət idarəsinin başçısı həmçinin qeyd edib ki, ABŞ və Türkiyə Menbiçlə bağlı yol xəritəsini sona çatdırmaq barədə razılığa gəliblər. Fransanın terrorçu kürdləri müdafiə etmək üçün Suriyada qalmaq niyyətinə gəlincə, Mövlud Çavuşoğlu bunun heç kimə, o cümlədən Fransaya xeyir gətirməyəcəyini bildirib.