«Mosul əməliyyatı terrorçuların Avropaya dönməsi ilə nəticələnə bilər» – Culian Kinq

0
556

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, təhlükəsizlik məsələləri üzrə Avroemissar Culian Kinq xəbərdarlıq edib ki, İraqın Mosul şəhərində aparılan hərbi əməliyyatlar «İslam dövləti» döyüşçülərinin Avropaya dönməsi ilə nəticələnə bilər.

«Die Welt» nəşrinə verdiyi müsahibədə Kinq danışıb ki, «İslam dövləti» qruplaşmasının Mosul rayonundakı döyüşçülərinin təxminən, 2,5 min nəfəri Avropadan gəlmədir. O, qeyd edib ki, terrorçuların Avropaya kütləvi qayıdışını gözləmir. Bununla yanaşı, əlavə edib ki, risk ehtimallarını da nəzərdən qaçırmaq istəmir.

BIR CAVAB BURAXIN