Moskvadan TƏHDİD: “Rusiyada 20 min müxtəlif nüvə döyüş sursatı var”

0
649

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitənin sədr müavini Frans Klinseviç Böyük Britaniyanın baş naziri Tereza Meyi Rusiyanı nüvə silahı ilə hədələməməyi məsləhət görüb.

 

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, senator Birləşmiş Krallığın hərbi baxımdan Rusiya üçün heç bir təhlükə yaratmadığını bildirib.

 

“Rusiyada 20 min müxtəlif nüvə döyüş sursatı var. Bizdə onların çatdırılması üçün çox gözəl vasitələr var. Bu heç kəsdən qorxmamaq üçün üçün kifayət edir”, – senator qeyd edib.

 

Qeyd edək ki, Tereza Mey iyunun 28-də Slovakiyaya səfər edib. O, paytaxt Bratislavada  keçirdiyi mətbuat konfransı zamanı Moskvanın qorxudulması üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. O, Rusiyanı Şimali Koreya ilə yanaşı ciddi təhlükə mənbəyi adlandırıb.

 

İyulun 18-də isə məlum oldu ki, Mey Böyük Britaniyanın nüvə potensialını müasirləşdirmək, xüsusi halda “Traydent” raketləri ilə təchiz edilmiş atom sualtı gəmilərini yeniləmək niyyətindədir.

 

Tereza Mey 13 iyulda Devid Kameronun istefasından sonra Böyük Britaniyanın baş naziri təyin edilib.

BIR CAVAB BURAXIN