Moskvada zavodun damı uçub: 3 nəfər ölüb

0
417

Moskvada Dəmir-beton məmulatları zavodunun damının uçması nəticəsində 3 nəfər ölüb.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə Moskva ətrafındakı Dzerjinsk rayonunda baş verib. Nəticədə 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib, daha 5-6 nəfərin isə yaralandığı bildirilir. Amma ölən və yaralananların sayının daha da artacağı istisna edilmir. Dzerjinski şəhər meri Vitali Ponamarenko deyib ki, hadisəyə zəbəb ağırtonnajlı soyuducunun aşması olub. Hazırda hadisə yerində yüzlərlə xilasedici və 35 ədəd texnika işləyir.