Moskvada naməlum şəxslər məktəblini yandırıblar

0
304

Moskvanın şimal-qərbində naməlum şəxslər 15 yaşlı məktəblinin üzərinə mənşəyi məlum olmayan yağlı maye ataraq onu yandırıblar.

Arazinfo.com-un verdiyi xəbərə görə bu barədə “Moskovskiy Komsomolets” qəzeti yazıb. Qəzet yazır ki, hadisə yanvar ayının 24-də gecə saatlarında  Moskvadakı Berzarin küçəsində baş verib. Naməlum şəxslərin cinayətkar hərəkətləri nəticəsində 15 yaşlı gəncin bədəninin 98 faizi yanıb. Hazırda xəstaxanada yatan gəncin vəziyyəti ağırdır və onun sağ qala biləcəyinə ümid  olduqca azdır. Polis baş verən hadisə ilə bağlı cinayətkarları axtarır.

Qeyd edək ki, ötən ildə də analoji hadisə baş vermişdi.  Ötən ilin sentyabr ayında Sankt-Peterburqda  5-ci sinif şagirdinin sifətinə yandırıcı maye ataraq yandırmaq istəmişdilər Lakin məktəbli vaxtında çantasını üzünə tutaraq özünü xilas edə bilmişdi.

2018-ci ilin noyabr ayında Sankt-Peterburqda məktəblilərin gecə şənliyi vaxtı gənclərdən biri onu əsəsbiləşdirən 14 yaşlı qızın üzünə spirt ataraq yandırmışdı. Nəticədə qızın sifəti və boynu yanmışdı.