Moskvada bu gecə rekord isti qeydə alınıb

0
495

Havanın şıltaqlığı Moskvada yaşayanlara sürprizlər gətirməkdə davam edir.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, yanvarın 17-dən 18-nə geçən gecə Moskvada ilin bu vaxtı üçün xarakterik olmayan isti hava müşahidə edilib. Bununla əlaqədar Hidrometeoroloji stansiyanın verdiyi xəbərə görə, bu gecə Moskvada 1,9 dərəcə isti qeydə alınıb. Bu Moskvanın tarixində son illərdə qışda qeydə alınan ən isti havadır. Ötən ilin dekabr ayının 10-da isə Moskvada 1,6 dərəcə isti qeydə alınmışdı.

Sonuncu dəfə Moskvada  2007-ci ilin yanvarında 5,1 dərəcə isti olmuşdu.