![](http://news.lent.az/upload/images/news/2017/december/01/big/7e28367edc7971177143f2a2f4cb4c01.jpg)
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən xəbərinə görə, “Domodedovo” aeroportunda 21, “Şeremetyevo”da 77, “Vnukovo”da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. “Şeremetyevo” hava limanında 35 uçuş ləğv edilib. Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.