Moldovanın yeni prezidenti Krımı Rusiya ərazisi kimi tanıdı

0
472
 11

Moldovanın dünən seçilmiş yeni prezidenti İqor Dodon bildirib ki, Kişinyov Krımın hansı ölkəyə aid olması məsələsinə ehtiyatla yanaşılmalıdır ki, Dnestryanı itirilməsin.

Dodon bununla bağlı deyib: “Mən artıq demişdim ki, de-fakto Krım Rusiyanın ərazisidir, de-yure isə hələlik Qərb tərəfindən tanınmayıb”.

O həmçinin əmin olduğunu bildirib ki, Moldova Avropa ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlamalıdır, bununla birlikdə isə “Rusiya ilə strateji partnyorluğunu bərpa etməlidir”.

Dodon daha öncə bildirmişdi ki, dövlət başçısı kimi ilk səfərini Rusiyaya edəcək.

Virtualaz.org

BIR CAVAB BURAXIN