Mırça Luçesku: “Vitselin transferinə yalnız mən mane olmamışam….”

0
599
Sankt-Peterburqun “Zenit” futbol komandasının baş məşqçisi Mirça Luçesku Vitselin “Yuventus”a transferinə mane olduğu üçün İtaliya mətbuatında kəskin şəkildə təndid edilməkdədir. Bu isə rumıniyalı futbol mütəxəssisi tərəfindən narahatlıqla qarşılanıb. Luçesku məsələ ilə bağlı İtaliyanın “Tuttasport” nəşrinə verdiyi açıqlamasında ünvanına söylənilən tənqidləri qəbul etmədiyini və bunun həqiqəti əks etdirmədiyini vurğulayıb. Mirça Luçesku: “Vitselin “Yuventus”a transferinin baş tutmamasına səbəb bizim onu əvəz edə biləcək oyunçunun transferini reallşadıra bilməməyimiz oldu. Vitsel əvvəlLər başqa klublardan gələn transfer təkliflərini qəbul etməmişdi. Ona görə də biz onu əvəz edəcək oyunçu axtarmadıq. Lakin gözlənilmədən Vitsel “Yuventus”un təklifini qəbul etdi. Biz isə transfer dövrünün başa çatmasına 2 gün qalmış onu əvəz edə biləcək futbolçunun transferinə nail ola bilməzdik. Ona görə də “Yuventus”a təklif etdik ki, Vitselin əvəzinə bizə Bentankuru versin. Çünki Bentankurun opsiyası “Yuventus”dadır. Ancaq Bentankurun komandamıza keçidi ilə bağlı qarşı tərəflə anlaşa bilmədik. Yəni Vitselin transferinə yalnız mən mane olmamışam…”,-deyib.

Qeyd edək ki, Vitsel 2012-ci ildən “Zenit”də oynayır. Onun Rusiya klubu ilə müqaviləsinin müddəti 2017-ciilin yayında başa çatacaq.

Hazırladı: Əziz Mustafa

Oxundu: 8

BIR CAVAB BURAXIN