Mirça Luçesku: “Mən “Zenit”in 3 əsas oyunçusunun xidmətindən məhrum olmuşam”

0
571

 

Mirça Luçesku: “Mən “Zenit”in 3 əsas oyunçusunun xidmətindən məhrum olmuşam”

 

Növbəti mövsümdən Sankt-Peterburqun “Zenit” komandasını çalışdıracaq tanınmış rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku komandasının gələcəyindən narahat olduğunu bildirib. O buna səbəb kimi eyni zamanda “Zenit”in 3əsas oyunçusunun komandanı tərk etməsini göstərib. Mirça Muçesku: “Mən bu günə kimi komandamın bütün oyunçularının təlim-məşq prosesində iştirak etməməsindən narahatam. Axı iyulun 23-də ÇSKA ilə bizi superkubok oyunu gözləyir. Üstəlik komandamıızn aparıcı oyunçularından biri olan Vitsel klubumuzu tərk etməyə hazırlaşır. Danni zədəsini hələ sağaltmayıb. Xalk isə Çin komandasına transfer edilib. Faktiki olaraq mən “Zenit”in 3 əsas oyunçusunun xidmətindən məhrum olmuşam. İş orasındadır ki, “Zenit”in oyunu adlarını saydığım bu 3 əsas oyunçunun üzərində qurulmuşdu. İndi mənə qısa müddətdə komandanın oyun stilini dəyişdirmək lazım gələcək. Bu məqsədlə isə 2-3 yeni oyunçunun alınmasına  ehtiyac var. Yenə də qeyd etmək istəyirəm ki, heç bir Avropa klubu eyni zamanda 3 əsas oyunçusunun komandanı tərk etməsinə imkan verməzdi. Mənə Rusiya çempionatına yaxşı hazırlaşmaq üçün ən azı 23 oyunçu lazımdır. Əks halda “Zenit” çempionatı ağır şəkildə keçirməli olacaq. Zənnimcə məsələnin ciddiliyini klub rəhbərliyi yaxşı anlayır”,-deyib.

Xatırladaq ki, Luçesku Zenştdə istefaya göndərilən portuqaliyalı mütəxəssis Andre Villaş-Boaşı əvəz edib.

BIR CAVAB BURAXIN