Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir ?

0
540

Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev CBC TV-YƏ (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, hələlik Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə müsbət cavab verməyib.

Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adı çəkilə telekanala gətirilməsində israrlıdır.

“Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir” – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.

Zaur Əziz
Ölkə.Az

BIR CAVAB BURAXIN