Mingəçevirdə fermer Azərişıqın özbaşnalıqından Ölkə başçısı cənab İlham Əliyevdən kömək istədi-VİDEO

0
1572

Mingəçevir şəhər sakini  Məmmədov Mehman Bahadur oğlu Qanunla.Az saytına bildirib ki,uzun illərdir ki, fermer təsərrüfatı ilə məşğul oluram.

Ailəmi heyvandarlıq və əkin-biçinlə saxlayıram.Fermer bildirir ki,fermaya gələn 5,6 km 6000 lik işıq xəttini 1 azn borcum olmadan Mingəçevir Elektirik Şəbəkəsindən gəlib kəsiblər.

Səbəb göstərilib ki, fermaya gələn 6000 lik işıq xəttin köhnədir və xətt yenilənməlidir. Mingəçevir Elektirik şəbəkəsindən bildiriblər ki,1978-ci ildə yaradılmış təsərrüfatın yüksək gərginlik elektirik xətti sənin balansındadır və bu xətti sən təmir etdirməlisən. Mən bildirdim ki, mən fermerəm bu elektirik xətti  Azərişıq ASC-nin balansındadı mən niyə elektik xəttini dəyişməliyəm?

Mingəçevir Elektirik şəbəkəsin müdiri Mövlan müəllim bildirdi ki,mən bilmirəm get Asan xidmət Mərkəzinə öz məsələni özün həll et.

Mingəçevir REŞ MMC-nin rəisi Abbas müəllimin qəbulunda oldum mənə bildirdi  ki, şəbəkənin müdiri Mövlan müəllimin yanına get o, nə desə odur. Gedirəm oda deyir ki, mənlik deyil Abbas müəllimlikdir.Bax beləcə get-gələ salırlar insanalrı.Özbaşnalıq baş alıb gedir.

Əkin əkmişəm suvarmanın vaxtıdır işıq yoxdur ki, su nasosu işləyə nasosda Suvarma Sistemləri İdarəsinin  balansında olan nasosdur. Vəziyyət çox çətindir. Haralarada deyirəm mümkün yoxdur. İndi qalmışam belə. Bu günkü günü yoxlasınlar mənim günü 1 qəpikdə suya, işığa borcum yoxdur. İndi qalmışam belə mən neyniyim hara deyim nətər eləyim.

Mən Ölkə başçımız cənab İlham Əliyevə sizin vasitənizlə müraciət edirəm xahiş edirəm ki, Mingəçevir Elektirik Şəbəkəsində özbaşnalıqlarını araşdırılması ilə bağlı göstərişinizi verəsiniz.

Ətraflı videosujetdə: