Mina və snayper terroru davam edir

0
1650

Dağlıq Qarabağ münaqişəsi bitsə də, ermənilərin Azərbaycan xalqına qarşı hərbi cinayətləri davam etməkdədir.Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir.Ermənistananlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər.Son iki ildə də düşmənin mina terroru davam edib.
Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.Düşmən tərəfindən həmin ərazilərdə milyonlarla mina basdırılıb.10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar.Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası düşmən tərəfindən həyata keçirilən “mina terroru”nun təzahürüdür.
Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb.Son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi.Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni müharibədən sonra.Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir.Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.Yəni bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur.Biz buna imkan verə bilərikmi?Heç vaxt buna imkan verə bilmərik.Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq.Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu.Ümid edirəm ki, nəhayət, bu, onlara dərs olacaq.
Təmizləmə əməliyyatının infrastruktur proyektlərinə töhfəsi problemin genişliyini izah edir.İnsanların və tərəfdaşların cəlb olunması, əsasən də düzgün milli strategiyanın təmin edilməsinə xidmət edir.Bu da gələcək proyektlərdə əməliyyatların aparılmasına kömək edəcək.Daha bir təhlükə isə, piyada və tank əleyhinə olan minaların kombinasiyasıdır.
ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri göstərir ki, verilmiş xəritələr yenə də minalanmış bütün əraziləri tam əhatə etmir və gerçək vəziyyəti düzgün əks etdirmir.Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir.Onların yanlış xəritə verməkdə məqsədi torpaqlara qayıdışı ləngitmək və insan itkilərini artırmaqdır. Düşmən dövlətin atdığı addım beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq və humanitar hüququn norma və prinsiplərinə ziddir.
Xəritələr olmadan minaların təmizlənməsi daha çətin, uzun və çoxlu vəsait tələb edən prosesdir. Ermənistan öz ölkəsinin mənafeyi üçün beynəlxalq hüququn tələblərinə riayət etməli və ən qısa müddətdə mina xəritələrini Azərbaycana təqdim etməlidir.
Ermənistanın həyata keçirdiyi mina terroruna özlərini dünyaya sülh carçısı kimi təqdim edən beynəlxalq təşkilatların laqeyd münasibət göstərməsi ölkə ictimaiyyətində qıcıq doğurur. Haqlı olaraq hər kəs “beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar” sualı ətrafında düşünür. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz.

 

 

AmilNuriyev

Saatlı rayonu Məmmədabad kənd tam orta məktəbinin direktoru