Milyonçunun dilənçi qızı — Ceki Çanın qızı körpü altında yaşayır

0
626
İldə 49 milyon dollar qazanan film ulduzu Ceki Çanın qızı körpü altında yaşayır.

“Ölkə.Az” xəbər verir ki, 1999-cu ildə qeyri-qanuni nikahdan dünyaya gələn Etta Ng körpü altında səfil həyat tərzi sürür. Etta Cekinin 1990-cı ildə birlikdə yaşadığı Asiya gözəlindən dünyaya gələn övladıdır.

Etta atası ilə münasibət qurmadığını bildirib. Onun “YouTube” portalına yüklədiyi video bu sözlərlə başlayır: “Salam, mən Ceki Çanın qızıyam”.

Qız bir aydır ki, evsizdir və körpü altında yatmaq məcburiyyətində qalıb. Etta atası ilə heç vaxt görüşməyib. Çan 2004-cü ildə nikahdankənar övladı olduğunu və onunla maraqlanmadığı üçün peşman olduğunu bildirmişdi.

“O, mənim bioloji atamdır. Amma həyatımda deyil. Heç vaxt da həyatımda olmayıb. Onu əsl ata kimi tanımıram. Ondan incimirəm”, – deyə Etta bildirib.

BIR CAVAB BURAXIN