Milyarder nişanlısını cavan oğlana dəyişən 46 yaşlı müğənni

0
524

Milyarder nişanlısını cavan oğlana dəyişən 46 yaşlı müğənni - FOTOLAR

Meray Keri keçmiş milyarder nişanlısı Ceyms Parkerlə yeni, cavan sevgilisi Brayan Tanaka haqqında danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Meray Kerinin həyatından bəhs edən “Merayın dünyası” adlı sənədli teleserial sona çatıb. Tamaşaçıların rəyinə görə, final epizodu çox səmimi alınıb. Belə ki, 8 seriyalı serialın sonuncu bölümündə müğənni bir neçə kişi ilə münasibətləri barədə danışıb. 46 yaşlı müğənni uşaqlarının atası Nik Kannon, milyarder nişanlısı, eləcə də yeni sevgilisi Brayan Tanakaya olan hisslərini açıq şəkildə etiraf edib.

İfaçının meneceri Stella teleşounun final seriyasında tamaşaçılara məlumat verib ki, Meray Keri ilə Ceyms Parker toy hazırlıqları ərəfəsində başa düşüb ki, aralarında fikir ayrılığı var: “Ceyms Parker Meray Kerini cəhənnəmdən keçməyə məcbur edib. Milyarderin adamları başa düşmürdü ki, müğənninin də öz həyatı ola bilər”.

O da məlum olub ki, Meray rəqqasla tanışlıqdan sonra evlənməkdən vaz keçib. Brayan Tanakanın ondan soruşduğu “Sən həqiqətən də milyarderin həyat yoldaşı olmaq istəyirsən?” sualı ifaçının fikirlərinə ciddi təsir göstərib. Beləliklə də müğənni ilə rəqqas arasında məhəbbət macərası başlayıb.

Rəqqas müğənniyə olan hisslərini belə ifadə edib:

“Məncə hər kəs xoşbəxt olmalıdır. Mən sənə baxanda gülümsəyirəm. Sənə görə dünyanın o biri başına da getməyə hazıram. Çünki sən mənim xəyallarımın qadınısan!”

Meray isə nişanlısından ayrılmasını sadəcə özünün qayğısına qalması ilə izah edib: “Ayrıldıqdan sonra çiyinlərimdən ağır dağ qalxdı. İndi mən özüm haqqında düşünməliyəm. Tanakanın yanında özümü daha rahat hiss edirəm. O məni xoşbəxt edir”.

Qeyd edək ki, Merayın yeni 33 yaşlı sevgilisi rəqqasdır, müğənni onu konsertləri ərzində komandasına kreativ direktor təyin edib.

Müğənni keçmiş həyat yoldaşı Nik Kanonla dost münasibətində olduğunu da etiraf edib. Onun sözlərinə görə, artıq ailə statusunu itirsələr də, bir-birini hər zaman dəstəkləyirlər. Ifaçı 6 il evli olduğu ərini hələ də sevdiyini bildirib.

Aytən

BIR CAVAB BURAXIN