Milli tariximizin komandanı

0
696
Həyatımda mənə örnək olacaq insanlar az deyildir. Onların içərisində sevimli müəllimlərim öndə gəlir. O müəllimlər ki, mənə Dövlətə, Vətənə, Millətə sonsuz sevgi aşılayıblar. O müəllimlər ki, şəxsiyyət sayılırlar. Hər adama şəxsiyyət demək olmur. Şəxsiyyət haqqında çox yazılıbdır. Onun böyüməsi, formalaşması tarixi bir prosesin nəticəsidir. Yəni, şəxsiyyətin yetişməsində bir sahə axsayarsa, o tam şəkildə formalaşa bilməz.
Mütəxəssislər yazırlar ki, şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.
 
Mütəxəssislər daha sonra qeyd edirlər ki, insаnın inkişаfı və оnun şəxsiyyət kimi fоrmаlаşmаsı üç bаşlıcа аmilin – irsiyyət, mühit və tərbiyənin qаrşılıqlı təsiri ilə həyаtа keçirilir. Bəzi yeni elmi ədəbiyyаtdа fəаliyyət də bir аmil kimi göstərilir. İrsiyyət dedikdə, vаlideynlərdən uşаqlаrа müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi bаşа düşülür. Fiziolоgiyаdа isbаt оlunmuşdur ki, cinsi hüceyrədə оlаn xrоmоsоmlаr nəsillər аrаsındа bir növ keçid körpüsü rоlunu оynаyır; bu əsаsdа yаrаnаn sinir sistemi insаnın təlim аlmаsınа və tərbiyə оlunmаsınа imkаn yаrаdır. Fiziоlоgiyаdа о dа isbаt оlunmuşdur ki, insanların böyük əksəriyyətinin irsi imkаnlаrı nоrmаdа оlduğundаn, оnlаrın psixolоji inkişаf imkаnlаrı dа оxşаrdır; eyni yаş dövründə və eyni şərаitdə nоrmаl inkişаf edən insanların əksəriyyətində psixolоji xüsusiyyətlər təqribən bir-birinə yаxın оlur.
Şərq pedaqoji fikrində, Azərbaycan folklor nümunələrində şəxsiyyətin inkişafında irsiyyətin rolu öz ifadəsini tapmışdır. Xalqımızın atalar sözlərində deyilir: “Ot kökü üstə bitər”, “Namərd gəlib mərd olmaz, mərd olmasa atası”, “Quyuya su tökməklə quyuda su olmaz”, “Bədəsil əsil оlmаz, bоyuncа qızıl qаlа” və s. Dahi Nizami Gəncəvi bu xüsusda belə yazırdı: Zatı pis olana, üz göstərmə sən, Qurdu bəsləməkdən ziyan çəkərsən. Məhəmməd Füzuli irsiyyətə, zаtа, kökə üstünlük verərək оbrаzlı şəkildə belə deyirdi: Hər kimin vаr isə zаtındа şərаrət küfrü, İstilаhаti-ülum ilə müsəlmаn оlmаz. Marağalı Əvhədi kamil insan yetişdirilməsində irsiyyəti əsas amil hesab etmişdir. O, gənclərə nəsihətində yazırdı: Sən nəsil törətmək fikrində olsan, İsmətsiz qadınla evlənmə, dayan, Övladın yaramaz, ya oğru olar, Toxum pis əkilsə, pis də verər bar. İnsаnın inkişаf qаnunаuyğunluqlаrının tədqiqinin pedaqoji аspekti üç bаşlıcа prоblemin öyrənilməsini əhаtə edir. Bunlаr intellektuаl, xüsusi və əxlаqi keyfiyyətlərin irsən gətirilib-gətirilməməsi prоblemidir. Elm sübut etmişdir ki, qаbiliyyətlər irsən keçmir, uşаq аncаq imkаnlаrlа dоğulur. Təbii imkаnlаr hаzır qаbiliyyətlərin əmələ gəlməsi və inkişаfı üçün imkаnlаr yаrаdаn təbii zəmindir. Məsələn, uşаq nitq qаbiliyyəti ilə dоğulmur, lаkin nitq qаzаnmаq üçün zəruri оlаn təbii imkаnlаrlа dоğulur. Eləcə də insаn yаzı yаzmаq qаbiliyyəti ilə dоğulmur, lаkin оnun bаrmаqlаrının quruluşu, əllərindəki xırdа əzələlərin vəziyyəti, əqlinin inkişаf səviyyəsi sоnrаlаr yаzmаq qаbiliyyətinin yаrаnmаsı üçün təbii imkаnlаr zəminində əmələ gəlir. Bu təbii imkanlar uşаqlаrdа fitrən (аnаdаngəlmə) оlur.
İnsаn şəxsiyyət kimi dоğulmur. İnsаnın fərdi inkişаfı, оnun şəxsiyyətinin fоrmаlаşmаsı ictimаi həyаt şərаitindən, ictimаi münаsibətlər sistemindən, istehsаl münаsibətlərindən аsılı оlur. İnsаn аncаq sоsiаllаşmа prоsesində, yəni ünsiyyət prоsesində, bаşqа insаnlаrlа qаrşılıqlı əlаqədə şəxsiyyət оlur. İnsаnın mənəvi, sоsiаl, psixi inkişаfı cəmiyyətdən kənаrdа bаş verə bilməz. Şəxsiyətin inkişafına mühit amili qüvvətli təsir göstərir. İnsаnın inkişаfının bаş verdiyi reаl vаrlıq mühit аdlаnır. Mühitin şəxsiyyətə, оnun inkişаfınа təsiri hаqqındа müxtəlif fikirlər mövcud оlmuş və indi də vаrdır. Məsələn, biheviоrizm, prаqmatizm cərəyаnlаrının nümаyəndələri belə hesаb edirlər ki, şəxsiyyətin vəzifəsi mövcud ictimаi mühitə uyğunlаşmаqdаn ibаrətdir. Frаnsız mаteriаlistləri də buna bənzər ideya irəli sürmüş və demişlər ki, insаn mühitin pаssiv məhsuludur. Mаrksistlər isə vaxtilə deyirdilər ki, insаnlа mühit dаim qаrşılıqlı əlаqədədir.
Mühit insаnа təsir etdiyi kimi, insаn dа mühiti dəyişdirir, yeniləşdirir, insаnlаr şərаitin və tərbiyənin məhsuludur.
Bu məsələyə geniş yer verməyimizin səbəbi bizdə şəxsiyyətlərə düzgün yanaşma olmamasıdır. Məsələ ondadır ki, çox hallarda şəxsiyyətləri zamanında tanımırlar, ona düzgün qiymət verməyi bacarmırlar. Bunun da səbəbi zamandır. Zaman şəxsiyyətlərin müəyyən fəaliyyət dairəsini daraldır. Onlar da zamana uyğun siyasət həyata keçirməyə çalışaraq, Dövləti, Milləti, Vətəni bəlalardan qorumağa çalışırlar. Atdığı addımlar da bəzən düzgün başa düşülmür. Bununla belə onlar ruhdan düşmürlər və fəaliyyətlərini davam etdirirlər. Çünki bilirlər ki, fəaliyyətləri millətin gələcəyinə hesablanıbdır. 
Bir tarixçi olaraq XX əsr Azərbaycan şəxsiyyətlərini bu baxımdan tədqiq edib, ortaya qoya bilərəm. Bu cür şəxsiyyətlər Azərbaycanın bütün sahələrində olmuşdur. Belə sahələrdən biri də elm sahəsidir. Özüm elm adamı olduğum üçün bu sahədə olan şəxsiyyətləri bir-bir sayaram. Onlar mənim üçün çox əzizdirlər. Formalaşmamda, elmli olmağımda, müsbət keyfiyyətlərimin daha da artmasında onların böyük rolu olmuşdur. Bunlardan biri də Yaqub Mikayıl oğlu Mahmudovdur!
Bu adamda yuxarıda haqqında danışdığım bütün əlamətlər vardır. İdarəçilikdə əvəzi yoxdur. Onun tabeliyində olanlar bilirlər ki, işdə onun sistemi yalnız fəaliyyətə yönəlir və bu fəaliyyət isə tarix elmimizin zənginləşməsinə xidmət edir. Bununla belə, öz işçilərinə və onların problemlərinə həddən artıq həssasdır. Bu da bu insanın tamlığından irəli gəlir. Bir Ata kimi nizamı sevir, bundan ötəri adamı danlayır da… Çünki iş yerinə də ordu kimi, qoşun kimi baxır. Qoşunun komandanı zəif olarsa, düşmən onun içində güclü kəşfiyyat yaradar. Komandan güclü olanda, Vətən də güclü ola bilər. Çünki Vətən də bizlərdən ibarətdir. Rəhbərlik etdiyi sahə ən strateji sahədir. Azərbaycanın xarici siyasətinin formalaşmasında böyük rolu olan bir sahəni idarə etmək asan deyildir. Siz onu tanımaq istəyirsinizsə, onunla bir səfərə çıxın. Onunla işdən sonra görüşün. Necə qayğıkeş, adamın qeydinə qalan insandır. Bu insan öz işçisini incidə bilərmi? Mümkün deyildir. Bax, belədir mənim müəllimim!
Yaqub müəllimi xarakterizə etmək üçün onun doğulduğu yeri, formalaşdığı ərazini, mənsub olduğu nəsli, böyüdüyü ailəni tədqiq edin. Baxın, Şəkidə elə bir kənddə doğulubdur ki, orada ötən əsrin 30-cu illərində Sovet imperiyasının işğalçılıq siyasətinə qarşı ən böyük üsyan baş veribdir. Bu Şəkinin Baş Göynük kəndidir. Kəndin adı Kınık tayfasının adından götürülmüşdür. Həmin kənddə 30-cu illərdə Sovet imperiyasının hakimiyyəti devrilmişdi. Sovet hökuməti onlara qarşı özünün ən güclü hərbi hissələrini göndərdi. Üsyançılar qəhrəmanlıqla müqavimət göstərdilər. Çoxlu şəhid verdilər. Həbs olunanlara qan uddurdular. Onlara olmazın zülmlər verdilər. Həmin kənddə onların basdırıldığı yer indi də qalıbdır, üstündə ağaclar bitib onlara şahidlik edir. Yaqub müəllim belə bir kənddə doğuldu. Uşaqlıq xatirələri bu cür hadisələrlə formalaşdı. Koroğlu dastanına qulaq asdı, Dədə Qorqudu sevdi, amma atasından bu qanlı üsyan barədə də eşitdi. İndi siz təsəvvür edin, bu cür hisslər adamı necə yetişdirərdi. Böyüdü, eşitdi ki, atası təqibdən qurtulmaq üçün doğma kəndini tərk edib, digər rayonda dağlar qoynuna sığınıbdır. Nəyə görə? Ona görə ki, Nuru paşanın dəstəsində Azərbaycanın erməni işğalından azad olunmasında vuruşmuşdur. Bu cür hisslərlə böyüyən bir uşaq orta məktəbi, ali məktəbi əla qiymətlərlə bitirdi və Azərbaycanın ən şərəfli tarixini – Səfəvilər tarixini tədqiq etməyə başladı. Mən bir tədqiqatçı olaraq onun o zaman ortaya qoyduğu monoqrafiyanı dünyada bu sahədə yazılan monoqrafiyaların içərisində ən öndə gələni sayıram. Çünki bunu istedadlı bir Vətən tarixçisi ortaya qoymuşdu.
Yadıma onun yazdığı “Öyrənilməmiş səhifələr”, “Səyyahlar Azərbaycana gəlir” və sairə kiçik kitablar düşür. Yaqub müəllim ilk dəfə olaraq tarixi xalq dilinə uyğunlaşdırdı. Sadə xalq dilində kitablar işıq üzü gördü. O zaman orta məktəbdə oxuyurduq. “Öyrənilməmiş səhifələr”i alandan sonra bəlkə də yüz dəfə oxudum. Bu kitabda bir Vətən oğlu Azərbaycanın böyüklüyündən söhbət açır, onun sərvətlərindən danışır, Sultan Həsən Bayandurini, Saray xatunu, Şah İsmayılı bizə tanıtdırır, düşmənlərimizin niyyətini açırdı. Sonda Xəzər dənizinə toxunur və göstərirdi ki, Azərbaycan sərvətlərini daşıyıb aparmaq istəyən ingilis gəmilərini Xəzər dənizi fırtına qoparıb batıraraq buna imkan vermədi. İndi təsəvvür edin ki, bunu bir məktəbli oxuyur… Bu kitab onun formalaşmasına necə təsir edərdi… Bu kitabı yazan özü necə yetişmidisə, o cür də insanlar yetişdirirdi. Bu mənada irsiyyət, mühit və tərbiyə öz işini görmüşdü.
Həyatımda elmi müvəffəqiyyətlərdə bu adamın əvəzsiz rolu olmuşdur. Təkcə mənimmi? Xeyr, Vətən sevdalı bütün tələbələrinin… Ötən əsrin 80-ci illərinin sonunda ölkədə milli-azadlıq mübarizəsi başlananda biz, yəni tələbələr onun önündə getdik. Bizləri Universitetdən dəfələrlə qovmağa çalışdılar. Lakin onun qabağını aldı. Sonuncu dəfə isə işdən getməklə yenə tələbələrini xilas etdi. Həmin illərdə başqaları isti otaqlarda oturanda o, Qarabağı qarış-qarış gəzdi. Bu adam çox güclü adamdır. Allah həmişə onu qoruyur. Çünki HAQQ yoldadır! Çünki təmənnası yoxdur! Həmişə nəfsinə qalib gəlibdir! Ömründə rüşvət nədir, bilməyibdir. Dünyada o müəllim xoşbəxtdir ki, onu tələbələri sevirlər. Bu ona qismət olmuşdur. Onu neçə illər görməyən tələbələri bir məclisdə görəndə dərhal yanına qaçır və qucaqlayırlar. Bundan böyük mükafat olarmı? BDU-da rəhbərlik etdiyi kafedra tələbələrin ən sevimli kafedrasıdır. Bu gün də onunla çiyin-çiyinə işləyirik.
2004-cü ildən Y.Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorudur. Bu illərdə orta əsrlərə aid mənbələrimiz tərcümə olundu. Bu tərcüməni həyata keçirən dəyərli dostum Şahin Fərzəlibəyli indi də “Əhsənüt təvarix”i ortaya qoydu. Hələ nə qədər mənbələr tərcümə olunacaqdır. Allah ömür versin. Azərbaycanın qədim tarixini sistemləşdirdi. Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsi bu gün çox məhsuldar işləyir. Yaqub müəllimin rəhbərliyi altında olan Azərbaycanın orta əsrlər şöbəsi bu gün dünya tarixşünaslığı içərisində önəmli yer tutur. Bu insan yüzlərlə mütəxəssis yetişdirmişdir. Bütün ömrüm boyu onun mühazirələrini unutmaram. Vətən təəssübkeşliyini öndə tutan mühazirələr… O, saralmış kağızlardan istifadə etməzdi.  Birbaşa danışardı. Sanki laylay çalardı. Bu insan bu gün həm də elmlə siyasi fəaliyyəti bir araya gətirə bilir. Neçə illərdir ki, Milli Məclisin deputatıdır.
Bizim Tarix İnstitutunda vaxtilə milli-azadlıq mübarizəsində iştirak etmiş, öndə getmiş tələbələri indi onun yanında milli tariximizin yazılmasında mətin bir əsgər kimi döyüşürlər. Çünki qarşılarında Vətəni, Dövləti, Milləti canından artıq sevən bir komandan vardır. Bu komandan Azərbaycan milli tarixçilərinin Baş komandanıdır. Bir əsgər kimi onun əmrinə hər zaman hazırıq!!!
Tarixçi-alim Dilavər Əzimli

BIR CAVAB BURAXIN