UEFA Millətlər Liqasının ilkin divizionları və səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər DÇ-2014-ün, AÇ-2016 və DÇ-2018-in nəticələrinə əsasən hesablanan əmsallara uyğun müəyyənləşəcək.
Bu cədvəldəki hazırkı duruma əsasən 55 yığma 4 liqaya bölünüb. Azərbaycan millisi ilk iki turnirin yekunları və DÇ-2018-in ilk 3 seçmə oyunundakı nəticələrdən sonra C liqasında oynamağa namizəddi. Hərçənd, Norveç (1:0) və Çexiya (0:0) ilə matçlardan öncə komandamızın sonuncu divizionda – D liqasında oynayacağı gözlənilirdi.
İndiki durumda Robert Prosineçkinin yetirmələri qitənin gücünə görə 3-cü dəstəsində sonuncu səbətdə qərarlaşacaq. Yığmamız C liqasında 15 komandadan biri olacaq. Hazırkı vəziyyətdə qonşu Türkiyə yığması da bu liqada çıxış etməlidi.
Qaydalara əsasən A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı.
A liqası
1-ci səbət
Almaniya, Fransa, Belçika, Portuqaliya
2-ci səbət
Rusiya, İspaniya, İngiltərə, İtaliya
3-cü səbət
İsveçrə, Xorvatiya, Polşa, İslandiya
B liqası
1-ci səbət
Avstriya, Uels, Hollandiya, Bosniya H.
2-ci səbət
Ukrayna, İsveç, İrlandiya, Rumıniya
3-cü səbət
Macarıstan, Slovakiya, Albaniya, Çexiya
C liqası
1-ci səbət
Türkiyə, Sloveniya, Ş.İrlandiya, Yunanıstan
2-ci səbət
İsrail, Monteneqro, Norveç, Danimarka
3-cü səbət
Şotlandiya, Serbiya, Bolqarıstan, Litva
4-cü səbət
Finlandiya, AZƏRBAYCAN, Estoniya
D liqası
1-ci səbət
Belarus, Kipr, Gürcüstan, Latviya
2-ci səbət
Farer adaları, Qazaxıstan, Ermənistan, Makedoniya
3-cü səbət
Lüksemburq, Moldova, Lixtenşteyn, Malta
4-cü səbət
Kosovo, San-Marino, Andorra, Cəbəllütariq
Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-on seçmə mərhələsindən sonra bəlli olacaq. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda isə liqalarda “Dördlər finalı” təşkil ediləcək.