Millət vəkili: “Heç bir yerdə banklar belə soyğunçuluq etmir”

0
600

“Azərbaycanda banklar manipulyasiya edib, insanları aldadır”.

Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisinin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.

Deputat çıxışında bankların soyğunçuluqla məşğul olduğunu bildirib: “Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olunmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.

BIR CAVAB BURAXIN