“Milan”-ın yeni baş məşqçisi Cennaro Qattuzo oldu

0
416

 “Milan”da gözlənilən istefa reallaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “rossonyerlər” Vinçentso Montella ilə yollarını ayırıblar. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. İtaliya klubunda Montellanı kimin əvəzləyəcəyi də bəllidi. Rəhbərlik bu posta komandanın sabiq futbolçusu, aşağı yaş qrupunda məşqçi kimi fəaliyyət göstərən Cennaro Qattuzonu gətirib.

Qeyd edək ki, “Milan” A seriyasında 14 turdan sonra 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 + one =